--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda bir sıra publik hüquqi şəxslərin statusu dəyişdirildi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:20 1152 baxış

Dövlət idarəçiliyində yeni dəyişikliklər: bir sıra publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi, bəzi qurumların fəaliyyəti yenidən təşkil olundu

Azərbaycanda dövlət adından yaradılmış bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı mühüm qərarlar qəbul edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qurumlarının fəaliyyətinin daha səmərəli təşkili məqsədilə bir sıra publik hüquqi şəxslərin statusunun dəyişdirilməsi və yenidən strukturlaşdırılması ilə bağlı fərman imzalayıb.Fərmana əsasən, Dövlət Ehtiyatları Agentliyi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Elm Fondu, Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və onun tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs statusundan çıxarılaraq büdcə təşkilatı statusuna keçirilib.Sənədə əsasən, həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir sıra Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin hüquqi formasının dəyişdirilməsi nəzərdə tutulub. İqtisadiyyat Nazirliyinə həmin qurumların MMC-lərə çevrilməsi, dövlət qeydiyyatının həyata keçirilməsi və fəaliyyətlərinin yeni hüquqi statusa uyğun təşkili ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.Bundan əlavə, Nazirlər Kabinetinə “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi” və Marionet Teatrının əsasında Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatlarının yaradılmasını təmin etmək, eləcə də Şuşa şəhəri və rayonu ərazisində idarəetmə və kommunal xidmətlərin təşkili məqsədilə yeni qurumların yaradılması ilə bağlı tədbirlər görmək tapşırılıb.Fərmanla yaradılan yeni qurumların maliyyələşdirilməsi, onların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin optimallaşdırılması istiqamətində də müvafiq addımların atılması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hikmət Hacıyev Fransa ilə əlaqələrin gələcəyini müzakirə etdi

Next Article

Bakı metrosunda yeni stansiyalarda liftlər quraşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bankın depozit portfelində 23 faizlik geriləmə

Aysel Əlibəyli 17 İyul 2026 · 17:48 1084 baxış “Bank Respublika”nın depozitləri azalarkən kredit portfeli və mənfəəti artıb Elpress.az xəbər verir ki , Bu ilin 1 iyul tarixinə “Bank Respublika”nın depozit portfeli 1,1 milyard manat […]

OpenAI Azərbaycanda vergi uçotuna alınıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:43 1058 baxış OpenAI ilə yanaşı, daha iki beynəlxalq rəqəmsal xidmət şirkəti Azərbaycanda ƏDV qeydiyyatına alınıb Elpress.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna […]

Azərbaycan banklarının öhdəlik reytinqi – İlk beşlik məlum oldu

Aysel Əlibəyli 16 İyul 2026 · 17:49 1102 baxış Azərbaycanda 2026-cı ilin ilk yarısının yekunlarına əsasən öhdəliklərinin həcminə görə ən böyük banklar müəyyənləşib. Elpress.az xəbər verir ki, bankların rüblük maliyyə hesabatları əsasında hazırlanan reytinqə görə, […]

“Azeri Light” yenidən bahalaşır: qiymət 99 dollara çatdı

Aysel Əlibəyli 06 İyun 2026 · 10:10 1208 baxış Qlobal enerji bazarlarında Azərbaycan neftinin qiymətində azalma müşahidə edilib. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 1,13 ABŞ dolları […]