--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Azeri Light” bahalaşdı – Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:14 1080 baxış

Dünya bazarında Azərbaycan neftinin qiymətində növbəti artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 124,76 ABŞ dollarına yüksəlib.

Elpress.az xəbər verir ki, bazardakı mənbənin məlumatına görə, Azərbaycan neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,5 ABŞ dolları və ya 4,61 faiz artıb.

Hərraclarda “Brent” markalı neftin dekabr fyuçerslərinin bir bareli 127,11 ABŞ dollarına satılıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light”ın qiyməti də yüksəlib. Bir barelin qiyməti 5,04 ABŞ dolları və ya 4,48 faiz artaraq 117,33 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

“Azeri Light”ın tarix üzrə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Azərbaycanın “Azeri Light” markalı nefti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 35,3 faiz təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

YAP-ın VIII Qurultayı keçirilir – İlham Əliyev çıxış edir

Next Article

1960-cı ilin araşdırmasında 13 noyabr 2026 “Qiyamət günü” kimi göstərilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan üzərindən Ermənistana buğda daşınacaq

Aysel Əlibəyli 27 İyun 2026 · 20:18 1124 baxış Rusiyadan Ermənistana buğda tədarükü Azərbaycan tranziti ilə həyata keçiriləcək Rusiyadan Ermənistana buğda ixracı Azərbaycan ərazisindən tranzit keçməklə həyata keçiriləcək. Məlumata görə, sabah Rusiya tərəfindən göndərilən 11 […]

“Qarabağ KOB-ları” layihəsində yeni təlimlər başa çatıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:09 1064 baxış 55 nəfər peşə təlimlərini tamamlayaraq sertifikat əldə edib Elpress.az xəbər verir ki, “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb. Təlimlər müxtəlif dövlət və […]

“Azeri Light” neftinin qiymətində azalma qeydə alınıb

Elşən 20 May 2026 · 09:22 1200 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb. Elpress.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 bareli 0,86 ABŞ dolları və ya 0,7% ucuzlaşaraq 117,3 […]

Regional Su Meliorasiya QSC-yə yeni rəhbər təyin olundu

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:23 1074 baxış Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru vəzifəsinə Elçin Məmmədov gətirilib. Elpress.az xəbər verir ki, bu barədə cəmiyyətin Mətbuat Xidməti məlumat yayıb. Təyinat qurumun Müşahidə […]