--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanın kartof ixracı 30 milyon dollara yaxınlaşıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:24 1068 baxış

İlin ilk 7 ayında 77 min tondan çox kartof xarici bazarlara göndərilib

Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan xarici bazarlara 77,4 min ton kartof ixrac edib.Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac olunan kartofun ümumi dəyəri 29,7 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə kartof ixracının həcmi 6,6 min ton və ya 9,2 faiz, dəyəri isə 1,6 milyon dollar və ya 5,5 faiz artıb.Kartof ixracından əldə olunan gəlirin Azərbaycanın ümumi ixrac gəlirlərində payı isə nisbətən aşağı olub.Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artıb.Yanvar-iyul aylarında ölkənin ixracı 19 milyard 336 milyon dollar, idxalı isə 9 milyard 881 milyon dollar olub. İllik müqayisədə ixrac 27 faiz artdığı halda, idxal 27,4 faiz azalıb.Nəticədə Azərbaycanın xarici ticarət balansında 9 milyard 455 milyon dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gəncədə 26 yaşlı şəxsin meyiti evində aşkarlanıb

Next Article

Pensiya kapitalının bir hissəsinin varislərə verilməsi təklif olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Masallıda yanan evin zərəri ödənilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:28 1050 baxış Köhnə Alvadı kəndində qısaqapanma nəticəsində yanan ev üçün 10 200 manat sığorta ödənişi verilib Elpress.az xəbər verir ki, Masallı rayonunun Köhnə Alvadı kəndində iyun ayında qısaqapanma […]

“Azeri Light” neftinin qiyməti yenidən ucuzlaşıb

Aysel Əlibəyli 06 Avqust 2026 · 09:59 1072 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində növbəti eniş qeydə alınıb. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,64 ABŞ […]

ABŞ rəsmisi: TRIPP geostrateji risklərin azaldılmasına xidmət edir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:41 1076 baxış Emi Karlon: ABŞ-ın TRIPP-ə investisiyası layihəyə bağlılığını nümayiş etdirir Elpress.az xəbər verir ki, ABŞ TRIPP layihəsini regionda geostrateji risklərin azaldılması və qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətli […]