--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Pensiya kapitalının bir hissəsinin varislərə verilməsi təklif olunur

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:28 1052 baxış

Deputat pensiya yaşına çatmadan vəfat edən şəxslərin kapitalından ailələrinin yararlanmasını təklif edib

Elpress.az xəbər verir ki, Azərbaycanda pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş vəfat etdikdən sonra toplanmış vəsaitin taleyi ilə bağlı yeni təklif irəli sürülüb.Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişdikdə onun topladığı pensiya kapitalının müəyyən hissəsinin, ən azı 30 faizinin varisinin hesabına köçürülməsi mümkün ola bilər.Deputatın sözlərinə görə, hazırda pensiya ödənişləri ilə pensiya kapitalına yanaşma fərqlidir. Şəxs pensiya aldığı müddətdə vəfat etdikdə müəyyən hallarda onun həyat yoldaşı və ya qanunvericiliyin tələblərinə cavab verən övladları ödənişlərdən yararlana bilirlər. Lakin toplanmış pensiya kapitalının varislərə ötürülməsi ilə bağlı ayrıca mexanizmin yaradılması təklif edilir.Vüqar Bayramov qeyd edib ki, müxtəlif ölkələrin təcrübələri də araşdırılıb. Onun sözlərinə görə, Sinqapur və Qazaxıstan kimi ölkələrdə pensiya kapitalından pensiya yaşına qədər müəyyən məqsədlər üçün istifadə imkanları mövcuddur. Bu vəsait bəzi hallarda daşınmaz əmlak, kredit ödənişləri və təhsil xərclərinə yönəldilə bilər.Deputat Azərbaycanda da minimum və orta pensiya kapitalı anlayışlarının tətbiq olunmasını təklif edib. Təklifə əsasən, vətəndaş minimum və orta pensiya kapitalını formalaşdırdıqdan sonra həmin məbləğdən artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan müəyyən istiqamətlər üzrə istifadə edə bilər.Bayramovun fikrincə, belə bir sistem həm şəxsin gələcək pensiya təminatını qorumağa, həm də topladığı vəsaitdən daha çevik istifadə etməsinə imkan verə bilər.O, pensiya yaşına çatmadan vəfat edən şəxslərin kapitalının müəyyən hissəsinin varislərə ötürülməsinin sosial və iqtisadi baxımdan əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, bu mexanizm insanların rəsmi əmək münasibətlərinə marağını da artıra bilər.Deputat hesab edir ki, vətəndaş topladığı pensiya kapitalının gələcəkdə yalnız öz pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə biləcəyini bildikdə əmək müqaviləsi ilə işləməyə və gəlirlərini rəsmiləşdirməyə daha çox maraq göstərə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın kartof ixracı 30 milyon dollara yaxınlaşıb

Next Article

Naxçıvanda bəzi ərazilərdə elektrik kəsiləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

BEA qlobal neft tələbi üzrə proqnozunu aşağı salıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:31 1062 baxış Beynəlxalq Enerji Agentliyi 2026-cı ildə neft tələbinin gündəlik 1,6 milyon barel azalacağını gözləyir Elpress.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi 2026-cı il üzrə dünya üzrə neft […]

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:50 1068 baxış Ermənistanın iqtisadiyyat naziri ixracın həcmini açıqlamayıb Elpress.az xəbər verir ki, Ermənistandan Azərbaycana alüminium folqa məhsulunun ixracı həyata keçirilib.Bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hökumətin iclasından sonra […]