--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanın çay ixracından gəliri 5 milyon dollara yaxınlaşıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:15 1078 baxış

İlin ilk 7 ayında xarici bazarlara 531 tondan çox çay göndərilib

Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 531,33 ton çay ixrac olunub.Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə çay ixracının ümumi dəyəri 4,7 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 19,5 faiz, həcmi isə 23,3 faiz artıb.Cari ilin ilk 7 ayında Azərbaycana xaricdən 8 124,63 ton çay idxal edilib. İdxalın ümumi dəyəri 48,7 milyon dollar olub. Bu göstəricilər illik müqayisədə dəyər ifadəsində 2,4 faiz, həcm baxımından isə 3,4 faiz yüksəlib.Eyni zamanda, ilin yanvar-iyul aylarında ölkədə 6 537 ton çay istehsal edilib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz azdır. Avqustun 1-nə sənaye müəssisələrinin anbarlarında 174,1 ton hazır çay məhsulu ehtiyatının olduğu bildirilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycandan ixrac edilən çayın bir kiloqramının orta qiyməti 8,8 manat, idxal olunan çayın bir kiloqramının orta qiyməti isə 6 manat olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya və Ukrayna arasında 103 hərbi əsir dəyişdirilib

Next Article

Azərbaycanda leysan və dolu ilə bağlı xəbərdarlıq edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“AzerGold” Daşkəsən sakinləri ilə görüş keçirib

Aysel Əlibəyli 22 İyul 2026 · 12:26 1124 baxış “AzerGold”un KSM Komitəsi Daşkəsəndə sosial layihələri və gələcək planları müzakirə edib Elpress.az xəbər verir ki, “AzerGold” ASC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Daşkəsən rayonunun Çovdar və Quşçu […]

Bakıda ÜPİ-nin 95-ci iclası keçirilir

Aysel Əlibəyli 16 İyul 2026 · 13:22 1074 baxış “Azərpoçt” beynəlxalq poçt rəhbərlərini Bakıda bir araya gətirdi Elpress.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 14–17 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən Ümumdünya […]

Dövlət vəsaitləri özəl sektorun inkişafına yönəldiləcək

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 13:16 1064 baxış Şahmar Mövsümov: Güzəşt mexanizmlərinin tətbiqi davam etdiriləcək Elpress.az xəbər verir ki, Azərbaycanda dövlət vəsaitlərinin bir hissəsinin ayrı-ayrı layihələrin birbaşa maliyyələşdirilməsi əvəzinə, özəl sektorun inkişafını təşviq edən […]

Qiymətli Metalların Qiyməti Aşağı Düşdü

Elşən 24 Aprel 2026 · 09:56 1168 baxış Dünya əmtəə bazarlarında qiymətli metalların qiymətində azalma müşahidə olunub. Elpress.az-ın APA-ya istinadən verdiyi məlumata görə, COMEX birjasında qızılın iyun fyuçersləri 0,71% (33,60 dollar) enərək 4 690,40 dollara […]