--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakıda ÜPİ-nin 95-ci iclası keçirilir

Aysel Əlibəyli 16 İyul 2026 · 13:22 1078 baxış

“Azərpoçt” beynəlxalq poçt rəhbərlərini Bakıda bir araya gətirdi

Elpress.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 14–17 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondunun (QSF) İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir. Tədbir ÜPİ-nin Beynəlxalq Bürosu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.Açılış mərasimində çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edən Manaf Babayev bildirib ki, qurum beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və Ümumdünya Poçt İttifaqının təşəbbüslərinə fəal dəstək verməyə xüsusi önəm verir.İclas çərçivəsində Xidmət Keyfiyyəti Fondunun sessiyaları keçirilərək müxtəlif layihə təklifləri, yekun və qiymətləndirmə hesabatları, eləcə də fondun gələcək fəaliyyət istiqamətləri müzakirə olunur. Bununla yanaşı, “QSF AZE2313 Bakı” layihəsi üzrə magistral poçt daşımalarının təkmilləşdirilməsi məqsədilə alınmış beş iritonnajlı nəqliyyat vasitəsinin yekun qiymətləndirilməsinin aparılması da gündəlikdə yer alır.Bildirilib ki, ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu inkişaf etməkdə olan ölkələrdə poçt xidmətlərinin modernləşdirilməsinə, infrastrukturun yenilənməsinə və xidmət keyfiyyətinin artırılmasına dəstək verən mühüm maliyyə mexanizmidir. Bu baxımdan tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq poçt sistemində artan nüfuzunun, qlobal əməkdaşlığa verdiyi töhfənin və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti göstəricisi kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Next Article

Ali Rada yeni Baş naziri təsdiqlədi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı–Tbilisi qatarının bilet qiymətləri açıqlandı

Elşən 20 May 2026 · 15:07 1202 baxış Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının bilet qiymətləri açıqlanıb və tariflər sərnişinlərin seçdiyi məsafə ilə komfort səviyyəsinə uyğun müəyyənləşdirilib. Komfort sinfi üzrə biletlərin qiyməti 51 manatdan başlayır və […]

Ağdamda ayaqqabı istehsalı genişlənir

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:30 1066 baxış Ağdam Sənaye Parkındakı fabrik xarici ölkələrə ayaqqabı ixrac edir Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş Ağdamda sənaye və istehsal sahələrinin inkişafı davam edir. Ağdam Sənaye […]

“Azeri Light” yenidən bahalaşır: qiymət 99 dollara çatdı

Aysel Əlibəyli 06 İyun 2026 · 10:10 1242 baxış Qlobal enerji bazarlarında Azərbaycan neftinin qiymətində azalma müşahidə edilib. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 1,13 ABŞ dolları […]

Prezidentdən Auditorlar Palatasının əməkdaşlarına təltif

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 12:10 1082 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri və əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin […]