Şahmar Mövsümov: Güzəşt mexanizmlərinin tətbiqi davam etdiriləcək
Elpress.az xəbər verir ki, Azərbaycanda dövlət vəsaitlərinin bir hissəsinin ayrı-ayrı layihələrin birbaşa maliyyələşdirilməsi əvəzinə, özəl sektorun inkişafını təşviq edən güzəşt mexanizmlərinə yönəldilməsi siyasəti davam etdiriləcək.Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.Onun sözlərinə görə, son illərdə qeyri-neft sektorunun inkişafını dəstəkləmək məqsədilə müxtəlif güzəşt alətləri yaradılıb. Dövlət vəsaitlərinin müəyyən hissəsinin bu mexanizmlər vasitəsilə bütövlükdə ayrı-ayrı sektorların inkişafına dəstək verməsi nəzərdə tutulur.Şahmar Mövsümov qeyd edib ki, güzəşt mexanizmləri ilə yanaşı, dövlət investisiyaları da davam etdiriləcək. İnfrastruktur, dağ-mədən sənayesi, kənd təsərrüfatı və digər sahələr üzrə investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır.Prezidentin köməkçisi Dövlət Neft Fondunun aktivlərində artımın ölkə iqtisadiyyatının dayanıqlılığı baxımından müsbət göstərici olduğunu bildirib. Bununla yanaşı, neft gəlirlərinin dövlət büdcəsinin maliyyələşdirilməsində istifadəsinin davam edəcəyini vurğulayıb.Onun sözlərinə görə, cari dövlət büdcəsində Dövlət Neft Fondundan təxminən 7 milyard dollar həcmində transfert nəzərdə tutulur.


