--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Türkiyə elektrik sistemlərini daha sıx inteqrasiya edəcək

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:22 1088 baxış

Alparslan Bayraktar: Enerji əməkdaşlığında yeni imkanlar yaranır

Elpress.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının elektrik enerjisi sistemlərinin daha sıx inteqrasiyası istiqamətində genişləndirilməsi nəzərdə tutulur.Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib ki, iki ölkə arasında əməkdaşlıq neft və təbii qazla məhdudlaşmır.Onun sözlərinə görə, tərəfdaşlıq mədənçilik, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik bazarları, ötürmə və paylama sahələrini də əhatə edir.Bayraktar qlobal enerji sektorunun mühüm transformasiya mərhələsindən keçdiyini və enerji sistemlərinin getdikcə daha çox elektrik mərkəzli xarakter aldığını qeyd edib. Nazir vurğulayıb ki, əsas məqsəd yalnız enerji istehsal etmək deyil, istehsal olunan enerjini təhlükəsiz, dayanıqlı və səmərəli şəkildə istehlakçılara çatdırmaqdır.Nazirin sözlərinə görə, bir-biri ilə əlaqələndirilmiş güclü elektrik sistemləri enerji təchizatının təhlükəsizliyini artırır, bərpa olunan enerjinin sistemə inteqrasiyasını asanlaşdırır və ölkələr arasında yeni enerji ticarəti imkanları yaradır.Bayraktar elektrik interkonnektorlarının yalnız texniki bağlantı olmadığını, eyni zamanda Azərbaycan və Türkiyənin enerji sistemlərini daha da yaxınlaşdıran strateji vasitə olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəfiqə Məmmədova: Kino sahəsində inkişaf var

Next Article

Dörd ölkə yaşıl elektrik layihəsi üzrə saziş imzalaya bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pul baratları üzrə müsbət saldo 751 milyon dollar olub

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:02 1092 baxış Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 74,1 faiz artıb Elpress.az xəbər verir ki, Azərbaycana daxil olan və ölkədən göndərilən pul baratları arasında müsbət fərq […]

AMB inflyasiya proqnozunu dəyişməz saxlayıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:50 1092 baxış Avqustda illik inflyasiya 5,7 faiz təşkil edib Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya proqnozunu yeniləməyib.AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında […]

Cevdet Yılmaz: Orta Dəhliz qlobal ticarətin yeni dayağıdır

Aysel Əlibəyli 04 İyun 2026 · 16:05 1179 baxış Orta Dəhliz dünya ticarətində getdikcə daha böyük əhəmiyyət qazanaraq təhlükəsiz, sabit və strateji baxımdan zəruri bir nəqliyyat marşrutuna çevrilib; bu xətt üzrə yük daşımalarının artması və […]

Büdcədənkənar ödənişlərlə bağlı müddət dəyişdi

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 19:58 1082 baxış Büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına edilən əlavələr, mükafatlar və digər ödənişlər üçün müəyyənləşdirilən yuxarı hədlərin tətbiqinə başlanılacağı tarix dəyişdirilib. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla […]