--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Naxçıvanın sosial-iqtisadi inkişafına 258 milyon manat ayrılacaq

Aysel Əlibəyli 12 Avqust 2026 · 10:28 1050 baxış

Elpress.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi məqsədilə ümumilikdə 258 milyon manat vəsait ayrılacaq.

Sərəncama əsasən, vəsait dövlət və Naxçıvan Muxtar Respublikasının büdcələri hesabına müxtəlif infrastruktur və sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Maliyyələşdiriləcək əsas istiqamətlər arasında Tivi Su Elektrik Stansiyasında tikinti işlərinin davam etdirilməsi, avtomobil yollarının əsaslı təmiri, Naxçıvan Dövlət Universitetində tələbələr üçün yeni yataqxananın tikintisi, yaşayış binalarının təmiri və yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılması yer alır.

Bundan başqa, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi və yaşayış binalarına xidmət göstərən istilik qazanxanalarının əsaslı təmiri üçün də vəsait ayrılacaq.Sərəncam çərçivəsində Tivi Su Elektrik Stansiyasına 66 milyon, avtomobil yollarının əsaslı təmirinə 70 milyon, Naxçıvan Dövlət Universitetinin 1000 yerlik yataqxanasına 25 milyon, yeni məktəbəqədər təhsil müəssisələrinin tikintisinə 20 milyon manat yönəldiləcək.İctimai nəqliyyat parkının yenilənməsi üçün 53 milyon, yaşayış binalarının əsaslı təmirinə 15 milyon, istilik qazanxanalarının təmirinə isə 9 milyon manat ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, Sərəncam Naxçıvanda enerji, nəqliyyat, təhsil, kommunal xidmətlər və yaşayış infrastrukturunun inkişafına yönəlmiş bir sıra layihələri əhatə edir

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Naxçıvanda DOST Mərkəzinin açılışında iştirak edib

Next Article

İstanbulda azərbaycanlı iş adamı evində ölü tapılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdaşda aqrar Dövlət Proqramı müzakirə olunub

Aysel Əlibəyli 12 İyun 2026 · 19:12 1146 baxış Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair 2026–2030 Dövlət Proqramının müzakirəsi üzrə regional müşavirə keçirilib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir […]

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:32 1102 baxış Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayında 1,9 milyon sərnişinə xidmət göstərərək sərnişin daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım qeydə alıb. […]

Azərbaycan forumuna Pakistan dəvət edildi

Aysel Əlibəyli 08 İyun 2026 · 18:44 1192 baxış İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycanın investisiya imkanları, iqtisadi zonalarda yaradılan infrastruktur, eləcə də […]

“Azeri Light” yenidən bahalaşır: qiymət 99 dollara çatdı

Aysel Əlibəyli 06 İyun 2026 · 10:10 1208 baxış Qlobal enerji bazarlarında Azərbaycan neftinin qiymətində azalma müşahidə edilib. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 1,13 ABŞ dolları […]