--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Kiberpolis qadınları süni intellektlə şantaj edən şəxsləri ifşa etdi

Aysel Əlibəyli 16 İyul 2026 · 18:20 1088 baxış

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qadınları sosial şəbəkələrdə süni intellekt vasitəsilə şantaj edən şəxsləri saxlayıb.

Elpress.az xəbər verir ki, polisə naməlum şəxslərin qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoları süni intellekt proqramları vasitəsilə montaj edərək üzərinə nalayiq ifadələr yazması, həmin görüntüləri müxtəlif platformalarda yayması və silinməsi müqabilində pul tələb etməsi barədə müraciətlər daxil olub.

Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınlara məxsus fotoları götürərək süni intellekt proqramları vasitəsilə saxtalaşdırıblar. Daha sonra görüntülərin üzərinə təhqiramiz məzmun əlavə edib, saxta hesablar vasitəsilə yayımlayaraq zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.

Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Daxili İşlər Nazirliyi vətəndaşlara sosial şəbəkələrdə şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamağı, şübhəli mesaj və təkliflərə etibar etməməyi tövsiyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mariana Vasilevaya yeni vəzifə həvalə olundu

Next Article

Azərbaycan və “John Deere” aqrar əməkdaşlığı genişləndirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:15 1052 baxış Yolu keçmək istəyən piyadanın ölümü ilə nəticələnən qəza baş verib, sürücü saxlanılıb Elpress.az xəbər verir ki, Biləsuvar şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə zamanı 1992-ci […]

Pirşağıda dənizdə 16 yaşlı gənc batıb

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:45 1086 baxış Pirşağıda dənizdə nəzarətsiz ərazidə batan 16 yaşlı Asiman Seyidəmirovun axtarışları aparılır Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Pirşağı […]

Almaniyada hərbi aviabaza yaxınlığında naməlum PUA qəzaya uğrayıb

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 20:02 1094 baxış Polis dronun əlavə hissələrini axtarır Elpress.az xəbər verir ki, Almaniyanın Saksoniya əyalətinin Vunstorf şəhərində Bundesverə məxsus aviabazadan təxminən bir kilometr məsafədə naməlum pilotsuz uçuş aparatı (PUA) […]

Bakıda xalasıgilin evindən oğurluq edən şəxs cəzalandırılıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:45 1078 baxış Xalasının evindən 7300 dollar oğurlayan şəxs TikTok-da pul xərcləyib Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunda xalasıgilin evindən oğurluq edən şəxs məhkəmə qarşısına çıxarılıb.Hadisə Maştağa qəsəbəsinin […]