--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Hacıqabulda 160 MVt-lıq günəş elektrik stansiyası tikiləcək

Aysel Əlibəyli 12 İyun 2026 · 17:38 1166 baxış

Nazirlər Kabineti bərpa olunan enerji sahəsində yeni layihənin icrası ilə bağlı qərar qəbul edib.

Elpress.az FED.az-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Hacıqabul rayonunda günəş elektrik stansiyasının tikintisi üçün dövlət mülkiyyətində olan torpaq sahəsi ayrılıb.Sənədə görə, qoyuluş gücü 160 meqavat olan günəş elektrik stansiyasının inşası məqsədilə rayonun inzibati ərazisində yerləşən 321 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib.Qərarın ölkədə yaşıl enerji istehsalının artırılması, alternativ enerji mənbələrinin inkişafı və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan addımların davamı olduğu bildirilir.Qeyd edək ki, Azərbaycan son illərdə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə xüsusi önəm verir və bu sahədə bir sıra iri investisiya layihələri icra olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ bir neçə rayonda hiss edildi

Next Article

İsraildən sərt açıqlama: geri çəkilmə yoxdur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:45 1096 baxış Forumun yekununda iki ölkə arasında enerji əməkdaşlığına dair protokol imzalanıb Elpress.az xəbər verir ki, Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib. Tədbir çərçivəsində iki ölkə arasında enerji […]

Füzulidə istifadəyə yararsız ət aşkarlanıb

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1219 baxış Füzulidə istifadəyə yararsız 120 kiloqram ət dövriyyədən çıxarılıb Füzuli rayonu ərazisində aparılan nəzarət tədbirləri zamanı mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda ət məhsulu aşkarlanıb. Elpress.az […]

Dövlət vəsaitləri özəl sektorun inkişafına yönəldiləcək

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 13:16 1090 baxış Şahmar Mövsümov: Güzəşt mexanizmlərinin tətbiqi davam etdiriləcək Elpress.az xəbər verir ki, Azərbaycanda dövlət vəsaitlərinin bir hissəsinin ayrı-ayrı layihələrin birbaşa maliyyələşdirilməsi əvəzinə, özəl sektorun inkişafını təşviq edən […]