--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycandan tranzit keçməklə Ermənistana yeni yük göndərilib

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:01 1048 baxış

Rusiyadan Ermənistana 630 ton buğda və 36 ton propan yola salınıb

Elpress.az xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük tədarükü həyata keçirilib.Məlumata görə, Biləcəri dəmir yolu stansiyasından Ermənistana 9 vaqonda ümumilikdə 630 ton buğda və 1 vaqonda 36 ton propan göndərilib.Beləliklə, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə həyata keçirilən yük daşımalarının həcmi daha da artıb. İndiyədək bu marşrutla Ermənistana 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.Bundan əlavə, Azərbaycandan Ermənistana birbaşa müxtəlif yanacaq məhsullarının ixracı da həyata keçirilib. İndiyədək Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ-də yeraltı qaz anbarlarının doluluğu 62%-ə çatıb

Next Article

Bibiheybət yolunda motosiklet qəzası baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aİ-də yeraltı qaz anbarlarının doluluğu 62%-ə çatıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:58 1040 baxış Avropanın qaz anbarlarında hazırda 68 milyard kubmetrə yaxın yanacaq saxlanılır Elpress.az xəbər verir ki, Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının doluluq səviyyəsi 60 faizlik həddi keçərək […]

Qızılın qiyməti ucuzlaşıb

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 09:56 1124 baxış COMEX-də dekabr qızıl fyuçersləri 0,6 faiz, gümüş fyuçersləri 0,98 faiz geriləyib Elpress.az xəbər verir ki, Əmtəə bazarlarında qızılın qiymətində ucuzlaşma davam edib.Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı […]

OPEC: Tibbi cihazların hazırlanmasında neftdən istifadə olunur

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:45 1068 baxış Neft mənşəli materiallar müasir tibbi avadanlıqların istehsalında mühüm rol oynayır Elpress.az xəbər verir ki, Neftdən əldə olunan materiallar müasir səhiyyədə istifadə edilən müxtəlif tibbi cihazların istehsalında […]

Türk Dövlətləri Təşkilatının Baş katibi bildirib ki, türk ölkələri arasında rəqəmsal inteqrasiyanın gücləndirilməsi əsas strateji hədəflərdən biri sayılır.

Aysel Əlibəyli 15 May 2026 · 16:53 1117 baxış Türk Dövlətləri Təşkilatının Baş katibi bildirir türk ölkələri arasında rəqəmsal inteqrasiyanın gücləndirilməsi əsas strateji hədəflərdən biri sayılır. Elpress.az”-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türküstana ezam olunmuş […]