--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda 4 ayda vətəndaşlara 70 milyon manatdan çox ƏDV qaytarılıb

Elşən 07 May 2026 · 16:14 1120 baxış

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə satış və ictimai iaşə sahəsində fəaliyyət göstərən obyektlərdən alınan mallara görə vətəndaşlara milyonlarla manat ƏDV geri ödənilib. Qaytarılan məbləğ neft-qaz məhsulları, avtomobil, alkoqollu içki və tütün məmulatlarını əhatə etməyib.

Elpress.az-ın xəbərinə görə, məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.

Bildirilib ki, teatr və kino xidmətləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri, eləcə də tibb müəssisələri və özəl tibbi fəaliyyət göstərən şəxslərin xidmətləri üzrə ödənilən ƏDV-nin də bir hissəsi vətəndaşlara geri qaytarılıb.

Həmçinin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən hotellərdə gecələmə və qalma xidmətlərinə görə ödənilən ƏDV də geri ödəniş mexanizminə daxil edilib.

Ümumilikdə, hesabat dövründə fiziki şəxslərə qaytarılan ƏDV məbləği 70 milyon 452,1 min manat olub.

Bundan əlavə, xarici vətəndaşların Azərbaycanda şəxsi istifadə məqsədilə aldıqları mallara görə tətbiq edilən “tax free” sistemi çərçivəsində dövlət büdcəsindən 2 milyon 758,4 min manat ƏDV geri qaytarılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zelenski Putinin 9 May atəşkəs təklifinə münasibət bildirdi

Next Article

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzər və Qara dəniz limanları əməkdaşlığı artırır

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:54 1046 baxış Bakı, Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbərləri görüşüb Elpress.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA Liman Rəhbərləri Konfransı çərçivəsində Xəzər […]

Pensiya kapitalının bir hissəsinin varislərə verilməsi təklif olunur

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:28 1056 baxış Deputat pensiya yaşına çatmadan vəfat edən şəxslərin kapitalından ailələrinin yararlanmasını təklif edib Elpress.az xəbər verir ki, Azərbaycanda pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi və vətəndaş vəfat etdikdən […]

MİDA-dan 12 min ailəyə MÜJDƏ

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 21:09 1068 baxış Elpress.az xəbər verir ki, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə 12 minə yaxın ailə mənzil sahibi olub. Agentliyin Aparat rəhbəri Cəmşid Əmirovun […]

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:32 1114 baxış Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayında 1,9 milyon sərnişinə xidmət göstərərək sərnişin daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım qeydə alıb. […]