--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və “John Deere” aqrar əməkdaşlığı genişləndirir

Aysel Əlibəyli 16 İyul 2026 · 18:34 1046 baxış

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leyko və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zaksen ilə görüş keçirib.

Elpress.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “John Deere” arasında mövcud əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı, müasir texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir.

“John Deere” şirkətinin nümayəndəsi Çaba Leyko isə Azərbaycanın şirkət üçün mühüm tərəfdaş olduğunu vurğulayaraq, ölkədə fəaliyyətin genişləndirilməsində və yeni layihələrin icrasında maraqlı olduqlarını bildirib.

Görüş zamanı pambıqçılıq və taxılçılıqda innovativ texnologiyaların tətbiqi, kənd təsərrüfatı texnikasının yenilənməsi, logistikanın inkişafı, aqrar sahə üzrə peşəkar kadr hazırlığı və digər əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kiberpolis qadınları süni intellektlə şantaj edən şəxsləri ifşa etdi

Next Article

ABŞ jurnalistindən Prezident İlham Əliyevə: “Siz əsl Sülh Adamısınız”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İqtisadi Şuradan Ələt Zonasına yeni tapşırıqlar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:00 1078 baxış İyunun 11-də Baş nazir Əli Əsədovin rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Görüş zamanı ölkənin iqtisadi inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub və […]

Azərbaycanlı turistlər Gürcüstana daha çox gəlir qazandırdı

Aysel Əlibəyli 20 İyul 2026 · 17:20 1030 baxış Azərbaycanlı turistlərdən Gürcüstanın turizm gəlirləri 4,9 faiz artdı Elpress.az xəbər verir ki, Bu ilin ilk yarısında Gürcüstanın turizm sektorunun azərbaycanlı turistlərdən əldə etdiyi gəlir 107,6 milyon […]

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə təxirə salıb

Elşən 21 May 2026 · 12:46 1087 baxış Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərlə bağlı növbəti məhdudiyyət qərarı qəbul edib. Naxçıvan Beynəlxalq Aeroportu ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Bakı–Naxçıvan–Bakı marşrutu […]