--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji mərhələyə çatıb

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:32 1058 baxış

Pərviz Şahbazov: Birgə layihələr iki ölkənin enerji inteqrasiyasını gücləndirir

Elpress.az xəbər verir ki, Azərbaycan-Türkiyə münasibətlərində enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyətini daha da artırıb.Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib ki, həyata keçirilən birgə enerji layihələri iki ölkə arasında tərəfdaşlığın strateji istiqamətlərini və geniş coğrafiyasını nümayiş etdirir.Nazirin sözlərinə görə, SOCAR-Türkiyə, İstanbul hava limanlarında yanacaq doldurma xidmətləri göstərən şirkətlər və digər birgə təşəbbüslər enerji əməkdaşlığının əsas istiqamətləri sırasındadır.Şahbazov qeyd edib ki, Türkiyədə yeni neft-kimya istehsal güclərinin yaradılması və enerji sahəsində yeni layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi əlaqələrini genişləndirir.Nazir vurğulayıb ki, bu layihələr Azərbaycan və Türkiyə arasında enerji inteqrasiyasının daha da möhkəmlənməsinə və strateji tərəfdaşlığın inkişafına xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Təhsil kreditlərinin meyarları dəyişdirilə bilər

Next Article

Rövşən Nəcəf: Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:33 1072 baxış Muxtar respublikada aktiv fiziki sahibkarların sayı 24 608 nəfərdir Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 24 608 aktiv fiziki sahibkar fəaliyyət göstərir. Onların 6 […]

AZPROMO: İnvestorlar üçün etibarlı və sabit biznes mühiti əsas şərtdir

Aysel Əlibəyli 17 İyun 2026 · 13:20 1192 baxış Azərbaycan son illər iqtisadiyyatın şaxələndirilməsi və investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Əczaçılıq, tekstil, ağır və yüngül sənaye, maşınqayırma kimi prioritet sahələr üzrə ixtisaslaşmış sənaye […]

Ağdaşda aqrar Dövlət Proqramı müzakirə olunub

Aysel Əlibəyli 12 İyun 2026 · 19:12 1164 baxış Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair 2026–2030 Dövlət Proqramının müzakirəsi üzrə regional müşavirə keçirilib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir […]

Süni intellekt və dronlar neft infrastrukturuna nəzarəti gücləndirir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:54 1178 baxış Müasir texnologiyaların tətbiqi neft infrastrukturunda monitorinq imkanlarını genişləndirərək risklərin daha tez aşkarlanmasına şərait yaradır. Dübəndi çimərliyində baş verən hadisələrə bənzər ekoloji risklərin qarşısının alınması üçün davamlı […]