--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan–Çexiya əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 22 İyul 2026 · 18:31 1116 baxış

Elpress.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurası sədrinin müavini Peter Singr ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan ilə Çexiya arasında iqtisadi və investisiya əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı biznes imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi, investisiya mühitinin təşviqi və işgüzar əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə vurğulanıb ki, Azərbaycanın əlverişli investisiya imkanları və sənaye potensialı xarici şirkətlərlə uzunmüddətli tərəfdaşlığın inkişafı üçün geniş perspektivlər yaradır. Bu baxımdan, Çexiya şirkətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi hər iki ölkənin iqtisadi münasibətlərinə əlavə töhfə verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

COVID-19-la mübarizədə çalışan həkimlərə şad xəbər – əməkhaqqı əlavəsinin müddəti uzadıldı

Next Article

Yazıçı Rüfət Əhmədzadə vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda orta maaş 7 faiz artıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 17:01 1130 baxış Orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında artım qeydə alınıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, […]

Çimərliyə yollananlar üçün hava proqnozu

Aysel Əlibəyli 25 İyul 2026 · 09:36 1088 baxış Abşeron yarımadasında istirahət etməyi planlaşdıranlar üçün çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gün ərzində çimərliklərdə şimal-şərq küləyi əsəcək, […]

AYİB: Azərbaycan sənaye zonalarında yeni mərhələyə keçir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:35 1094 baxış AYİB rəsmisi: Sənaye zonalarının vahid iqtisadi ekosistemə çevrilməsi üçün Azərbaycanda imkanlar var Elpress.az xəbər verir ki, Azərbaycanda sənaye zonalarının daha geniş iqtisadi ekosistemə çevrilməsi istiqamətində yeni […]

Dolların sabahkı rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:34 1122 baxış Azərbaycan Mərkəzi Bankı milli valyutanın xarici valyutalara nisbətdə müəyyən edilən rəsmi göstəriciləri ilə bağlı növbəti məlumatı açıqlayıb. Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı manatın […]