--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

AMB inflyasiya proqnozunu dəyişməz saxlayıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:50 1086 baxış

Avqustda illik inflyasiya 5,7 faiz təşkil edib

Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya proqnozunu yeniləməyib.AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında bildirilib ki, illik inflyasiya müəyyən edilmiş hədəf diapazonunda qalır və baza ssenarisi üzrə gözlənilən trayektoriya ilə uyğunluq təşkil edir.2026-cı ilin avqustunda 12 aylıq inflyasiya 5,7 faiz olub. Bu göstərici iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi azdır.Avqust ayında illik qiymət artımı ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2 faiz, ödənişli xidmətlər üzrə 5 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 3,7 faiz təşkil edib.Eyni dövrdə illik baza inflyasiya 5,1 faiz səviyyəsində qeydə alınıb.Mərkəzi Bank ortamüddətli perspektivdə illik inflyasiyanın hədəf diapazonunda qalacağına dair proqnozunu dəyişməz saxlayıb.AMB eyni zamanda qlobal geosiyasi qeyri-müəyyənliyin, enerji və ərzaq qiymətlərində mümkün artımların, həmçinin xarici bazarlardakı qiymət dəyişikliklərinin daxili bazara ötürülməsi risklərinin davam etdiyini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səfərbərlik Xidmətinin sabiq əməkdaşı azadlığa buraxılıb

Next Article

AMB: Valyuta təklifi tələbi üstələyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev “Brookfield Asset Management” rəhbəri ilə görüşdü

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 19:43 1084 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teski ilə görüş keçirib. Elpress.az xəbər verir ki, […]

Rusiyadan Ermənistana Azərbaycandan tranzit yüklər göndəriləcək

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:21 1058 baxış Azərbaycan ərazisindən keçməklə Ermənistana buğda, gübrə və taxta tədarük olunacaq Elpress.az xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə daha bir yük partiyasının göndərilməsi planlaşdırılır.Sentyabrın 5-də […]