--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Kəlbəcərdə işğal və zəfər muzeyləri kompleksinin tikintisi planlaşdırılır

Aysel Əlibəyli 21 May 2026 · 18:09 1148 baxış

Kəlbəcərin otaqlı, zar, qamışlı, zallar və yanşaq kəndləri üzrə layihə hazırlıqları yekunlaşıb və sənədlər ekspertiza baxışına göndərilib.

Kəlbəcər rayonunda həyata keçirilən yenidənqurma layihələri çərçivəsində bir sıra yaşayış məntəqələri üzrə mühüm işlər görülür. Elpress.az – ın Apa- ya istinadən verdiyi məlumata görə, bunu “Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib.Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış şəraitinin formalaşdırılması və sakinlərin qayıdışının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Kəlbəcər şəhərinin birinci mərhələsi üzrə tikinti prosesi yekunlaşıb və mənzillər istifadəyə təqdim edilib.Bununla yanaşı, şəhərin ikinci, üçüncü və dördüncü yaşayış məhəllələri üzrə layihələndirmə və ekspertiza işləri hazırda davam etdirilir. Çaykənd, Çəpli və Dəlləkli kəndləri ilə bağlı layihə hazırlığı da aparılır.Həmçinin bildirilib ki, Kəlbəcər şəhərində 2,42 və 10,1 hektarlıq əraziləri əhatə edən inzibati binaların layihələri üzərində iş gedir. Bununla yanaşı, İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulur.Şəhərdə inşa olunan təhsil kompleksi üzrə tikinti işlərinin də davam etdiyi qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə təxirə salıb

Next Article

65 yaşdan yuxarı şəxslərə VACİB XƏBƏR: 2030-cu ilədək…

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ADY Çinlə yeni lokomotiv razılaşması imzalayıb

Aysel Əlibəyli 23 İyun 2026 · 14:12 1124 baxış Azərbaycan Dəmir Yolları (ADY) lokomotiv parkının yenilənməsi məqsədilə Çin Xalq Respublikasında yeni əməkdaşlıq addımları atıb. ADY nümayəndə heyəti səfər çərçivəsində CRRC Ziyang Co., Ltd şirkətinin rəhbərliyi […]

Cənubi Qafqaz boru kəməri üzrə xərclər 25% artıb

Aysel Əlibəyli 06 Avqust 2026 · 14:54 1084 baxış BP hesabatı açıqladı: Cənubi Qafqaz boru kəməri üzrə xərclər 60 milyon dollara çatıb Elpress.az xəbər verir ki, BP-nin 2026-cı ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına […]

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası dəyişir

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:12 1098 baxış Restrukturizasiya zamanı borcalandan əlavə ödəniş tələb olunmayacaq Elpress.az xəbər verir ki, Bank olmayan kredit təşkilatlarında gündəlik kredit borcunun restrukturizasiyası zamanı müştəridən əlavə ödəniş tələb edilməyəcək.Azərbaycan Mərkəzi […]

kart hesablarında yaranan texniki problem araşdırılır

Aysel Əlibəyli 24 İyun 2026 · 19:07 1128 baxış Azərbaycanda bəzi bankların kart əməliyyatlarında yaranan texniki nasazlığın “Azericard” MMC-dən qaynaqlanmadığı bildirilib. Şirkətdən verilən məlumata görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azericard”dan asılı olmayan texniki […]