--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 06:04 1076 baxış

Tərəflər sənədin mümkün qədər tez imzalanması barədə razılığa gəliblər

Elpress.az xəbər verir ki, Avropa İttifaqı və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb.Tərəflər sazişin mümkün qədər qısa müddətdə imzalanması ilə bağlı razılığa gəliblər. Bu barədə Aİ və Avstraliya liderlərinin BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdən sonra yayılan birgə bəyanatında bildirilib.Görüş zamanı Avstraliyanın 2027-ci ildən Aİ-nin “Horizon Europe” proqramına qoşulması istiqamətində əldə olunan irəliləyiş də müzakirə edilib. Bundan əlavə, Aİ-Avstraliya Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığının həyata keçirilməsi və kritik xammal sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.Tərəflər Ukraynaya dəstək, Yaxın Şərq və İran ətrafındakı vəziyyət, həmçinin Çin və Sakit okean regionundakı proseslərlə bağlı fikir mübadiləsi aparıblar.Liderlər BMT Nizamnaməsinə və beynəlxalq hüquqa sadiqliyi, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təşviqinin vacibliyini vurğulayıblar.Həmçinin iqtisadi təhlükəsizliyin gücləndirilməsi, iqtisadi təzyiqlərə qarşı mübarizə, kritik və yeni texnologiyalar, eləcə də süni intellektin idarə olunması sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İraq silahlı qrupların 2027-ci ilədək tərksilah ediləcəyini açıqlayıb

Next Article

Neft kəskin ucuzlaşıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mingəçevirdə 198 min litr qeydiyyatsız pivə aşkarlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:09 1168 baxış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi nəzarət tədbirləri zamanı Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkarlanıb. Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Aksizli […]

Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqlənib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:18 1048 baxış 2027-2032-ci illər üçün qida təhlükəsizliyi tədbirlərinin əsas istiqamətləri müəyyənləşdirilib Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət […]

Cevdet Yılmaz: Orta Dəhliz qlobal ticarətin yeni dayağıdır

Aysel Əlibəyli 04 İyun 2026 · 16:05 1165 baxış Orta Dəhliz dünya ticarətində getdikcə daha böyük əhəmiyyət qazanaraq təhlükəsiz, sabit və strateji baxımdan zəruri bir nəqliyyat marşrutuna çevrilib; bu xətt üzrə yük daşımalarının artması və […]

Eldar Qəribov Fransadakı dəbdəbəli villasını satmağa çalışır

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:24 1106 baxış “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransadakı 34 milyon manatlıq mülkünə bir ildən çoxdur müştəri tapa bilmir Elpress.az xəbər verir ki, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar […]