Baş nazir sentyabrın 30-da mərhələli tərksilah planının təqdim olunacağını bildirib
Elpress.az xəbər verir ki, İraqın Baş naziri Əli əl-Zeydi ölkədə fəaliyyət göstərən silahlı qrupların 2027-ci ilədək tərksilah edilərək ləğv olunmasının planlaşdırıldığını açıqlayıb.Baş nazirin sözlərinə görə, sentyabrın 30-da silahlı qrupların tərksilahı üzrə mərhələli plan təqdim ediləcək. Prosesin ilk mərhələsində 90 günlük atəşkəsin elan olunması, daha sonra isə silahlı qrupların silahlarını təhvil verməyə başlaması nəzərdə tutulur.İraq hökuməti tərksilah prosesinin 2027-ci il iyunun 30-dək tamamlanmasını planlaşdırır.Əli əl-Zeydi bildirib ki, silahlı qrupların tərksilah edilməsi ölkədə güclü iqtisadiyyatın formalaşdırılması və İraqın beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından zəruridir.


