--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Aİ-də yeraltı qaz anbarlarının doluluğu 62%-ə çatıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:58 1064 baxış

Avropanın qaz anbarlarında hazırda 68 milyard kubmetrə yaxın yanacaq saxlanılır

Elpress.az xəbər verir ki, Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının doluluq səviyyəsi 60 faizlik həddi keçərək 62 faizə çatıb.Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının məlumatlarına əsasən, hazırda Aİ ölkələrinin yeraltı anbarlarında təxminən 68 milyard kubmetr qaz ehtiyatı mövcuddur. Mövcud göstərici son beş ilin eyni tarix üzrə orta səviyyəsindən 17 faiz bəndi aşağıdır. Ötən ilin müvafiq dövründə isə anbarların doluluğu 75 faiz təşkil edib.Avropa Komissiyasının müəyyən etdiyi qaydalara əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək yeraltı qaz anbarlarının doluluğunu 90 faizə çatdırmalıdır. Qaz tədarükünün çətinləşdiyi hallarda bu tələb üzrə 10 faizədək elastiklik tətbiq edilə bilər.Mövcud vəziyyətə əsasən, 2026–2027-ci illərin payız-qış mövsümünə qədər tələb olunan səviyyəyə çatmaq üçün Avropanın yeraltı qaz anbarlarına əlavə olaraq ən azı 68 milyard kubmetr xalis qaz vurulmalıdır. Ötən il bu göstərici təxminən 55 milyard kubmetr olub.Qeyd edək ki, Azərbaycan qazının Avropa bazarına nəqli Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 2020-ci il dekabrın 31-dən həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Rusiyanın Yeysk limanına dronlarla zərbə endirib

Next Article

Azərbaycandan tranzit keçməklə Ermənistana yeni yük göndərilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:57 1062 baxış Ceyhun Bayramov: Azərbaycan regional layihə üzrə işləri sürətlə davam etdirir Elpress.az xəbər verir ki, Naxçıvanda dəmir yolu infrastrukturunun bərpası istiqamətində işlərə başlanılıb.Xarici işlər naziri Ceyhun Bayramov […]

İstanbolda qəbir yeri qiymətləri açıqlandı

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:21 1092 baxış Türkiyənin meqapolisində qəbiristanlıq qiymətlərindəki kəskin fərq gündəm yaradıb Elpress.az xəbər verir ki, İstanbolda qəbir yerlərinin qiymətləri ilə bağlı rəsmi göstəricilər açıqlanıb və böyük müzakirələrə səbəb olub. […]

Kirayə mənzil üçün yeni müraciətlərə fasilə verilir

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 18:42 1078 baxış Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni müraciətlərin qəbulu sabahdan müvəqqəti dayandırılacaq. Elpress.az xəbər verir ki, müraciətlərin bərpa olunacağı tarix barədə daha sonra ictimaiyyətə […]

Azərbaycandan Türkmənistana ixrac 37 faizə yaxın artıb

Aysel Əlibəyli 23 İyun 2026 · 17:19 1120 baxış Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–may aylarında Azərbaycandan Türkmənistana ixracın həcmi əhəmiyyətli dərəcədə artıb. Hesabata əsasən, bu dövrdə Azərbaycandan Türkmənistana 26 milyon 308,51 min […]