--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Valensiya” azarkeşləri etiraz aksiyası keçirib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:37 1056 baxış

“Barselona”ya 0:5 hesabı ilə məğlubiyyətdən sonra azarkeşlər klub rəhbərliyinə və futbolçulara etiraz ediblər

Elpress.az xəbər verir ki, İspaniyanın “Valensiya” klubunun azarkeşləri komandanın “Barselona”ya ağır məğlubiyyətindən sonra etiraz aksiyası keçiriblər.La Liqanın IV turunda doğma meydanda 0:5 hesabı ilə uduzan “Valensiya”nın tərəfdarları matçın ardından “Mestalla” stadionunun qarşısına toplaşaraq klub rəhbərliyinə və futbolçulara narazılıqlarını bildiriblər. Etiraz aksiyasına təxminən 2 min azarkeşin qatıldığı bildirilib.

Tərəfdarlar futbolçuları “muzdlular” adlandırıb, klub rəhbərliyinə qarşı isə istefa tələbləri səsləndiriblər. Kiat Lim və klubun sahibi Piter Lim əleyhinə də müxtəlif şüarlar və pankartlar səsləndirilib.Bundan əlavə, azarkeş qruplarından bəziləri etiraz əlaməti olaraq oyunun ilk dəqiqələrində tribunaları boş saxlayıb və daha sonra stadiona daxil olublar.

“Valensiya”nın “Barselona”ya 0:5 hesablı məğlubiyyəti komandanın mövsümə uğursuz startını daha da ağırlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəblərdə smartfon istifadəsinə necə yanaşılmalıdır?

Next Article

Bakıda güclü külək ağacları zədələyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstan millisində baş məşqçi istefa verib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:21 1082 baxış Villi Sanyolun yerinə Ramaz Svanadze təyin olunub Elpress.az xəbər verir ki, Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi Villi Sanyol vəzifəsindən ayrılıb.Fransalı mütəxəssisin istefasından sonra komandanın […]