--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Tarixi Mövsüm: Həsrətlər Bitdi

Elşən 20 May 2026 · 11:38 33 baxış

Bu sezon futbol dünyasında bir çox klub illərlə davam edən çempionluq həsrətinə son qoydu.
Xüsusilə İngiltərənin məşhur klubu Arsenal uzun illərdən sonra yenidən zirvəyə yüksələrək azarkeşlərinə böyük sevinc yaşatdı.

Elpress.az -ın məlumatına görə, müxtəlif ölkələrdə illərlə çempion ola bilməyən komandalar nəhayət öz tarixlərinə yeni uğur səhifəsi yazdılar.

Ən diqqətçəkən hadisə İngiltərədə baş verdi. Arsenal 22 ildən sonra yenidən Premyer Liqa çempionu oldu. London təmsilçisi sonuncu dəfə 2003/2004 mövsümündə Arsene Vengerin rəhbərliyi altında çempionluq yaşamışdı. Uzun fasilədən sonra əldə olunan bu uğur klub azarkeşləri üçün tarixi an hesab olunur.

Digər ölkələrdə də uzun müddətli həsrətlər sona çatdı:

  • Macarıstanda “Györ” komandası 13 ildən sonra çempion oldu.
  • Rumıniyada “Craiova” 35 illik fasilədən sonra yenidən zirvəyə yüksəldi.
  • Bolqarıstanda “Levski” 17 ildən sonra ölkə çempionu adını qazandı.
  • Norveçdə “Viking” 35 ildən sonra çempionluq sevinci yaşadı.
  • Avstriyada “LASK Linz” tam 61 ildən sonra yenidən ölkə çempionu oldu.
  • Danimarkada “Aarhus” 40 ildən sonra çempionluğa çatdı.
  • İsveçrənin “Thun” klubu 128 illik tarixində ilk dəfə çempion oldu.
  • Azərbaycanda “Sabah” klubu cəmi 8 illik tarixində ilk dəfə ölkə çempionluğunu qazandı.
  • İsveçdə “Mjallby” isə 87 illik klub tarixində ilk dəfə çempion oldu.

Bu nəticələr futbol tarixində nadir mövsümlərdən biri kimi yadda qala bilər. Çünki bir çox ölkədə həm uzun illər çempion ola bilməyən klublar, həm də tarixində ilk dəfə zirvəyə yüksələn komandalar eyni mövsümdə uğur qazandılar. Bu isə futbolun sürprizlərlə dolu olduğunu bir daha göstərdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

WUF13 çərçivəsində sərnişin daşımaları uğurla təşkil olunub

Next Article

WUF13 iştirakçısı: “Azərbaycanın yenidənqurma təcrübəsi digər ölkələr üçün faydalıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İkiqat çempionlar azarkeşlərlə görüşdü

Aysel Əlibəyli 11 İyun 2026 · 19:02 16 baxış Minifutbol üzrə Avropa çempionatında növbəti qələbə ilə vətənə dönən milli komandamızın üzvləri sponsorları ilə birlikdə “Abşeron” Ticarət Mərkəzinin qonağı olublar. İkiqat qitə çempionu olan milli komandamız […]

Milli komandamız finalda! 🏆

Aysel Əlibəyli 12 İyun 2026 · 19:35 12 baxış Bakıda keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının yarımfinalında Azərbaycan və Uruqvay milli komandaları üz-üzə gəlib. 🐎🇦🇿 Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Böyük maraqla izlənilən yarımfinal […]

Panathinaikos Rafael Benítez ilə yolları ayırdı

Elşən 23 May 2026 · 12:05 43 baxış Yunanıstanın Panathinaikos klubu baş məşqçi Rafael Benítez ilə əməkdaşlığa son qoyub. Elpress.az-ın məlumatına görə, qərar komandanın uğursuz çıxışlarından sonra verilib. Tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında ləğv […]

Batut və tamblinq çempionları bəlli oldu

Aysel Əlibəyli 10 İyun 2026 · 21:27 24 baxış Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə çempionatı uğurla yekunlaşıb. Yarışda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən təxminən […]