--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Son qarşılaşmada Neftçi meydandan qələbə ilə ayrıldı.

Aysel Əlibəyli 23 May 2026 · 19:08 1139 baxış

Neftçi Misli Premyer Liqasında mövsümün son – XXXIII turunda meydana çıxıb.

Elpress.az-ın Qafqazinfo-a istinadən yaydığı məlumata görə, UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin edən “ağ-qaralar” səfərdə Kəpəz ilə üz-üzə gəlib.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.İlk yarıda hesab açılmayıb. Fasilədən sonra daha üstün oyun nümayiş etdirən qonaqlar 54-cü dəqiqədə Freddi Varqasın qolu ilə önə keçiblər. Qarşılaşmanın 65-ci dəqiqəsində isə paytaxt təmsilçisi azlıqda qalıb. Belə ki, yarımmüdafiəçi İfeanyi Metyu birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, Yuri Vernidubun komandası üstün hesabı sona qədər qoruyub.Bu nəticədən sonra xalını 59-a yüksəldən Neftçi 2025/2026 mövsümünü 4-cü pillədə tamamlayıb. Kəpəz isə 27 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Galatasaray və Fenerbahçenın rəqibləri müəyyənləşib.

Next Article

ABŞ hərbi rəhbərliyi İran limanlarına giriş və çıxış edən 100 ticarət gəmisinin marşrutunu dəyişdiyini bildirib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə yarımfinala yüksəldi

Aysel Əlibəyli 23 İyul 2026 · 17:00 1068 baxış Türkiyə qadın voleybolçulardan ibarət milli komandası 2026-cı il Millətlər Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb. Elpress.az xəbər verir ki, türkiyəli voleybolçular 1/4 final qarşılaşmasında Kanada yığmasını 3:1 […]

Fiorentina klubunun yeni baş məşqçisi müəyyənləşib.

Aysel Əlibəyli 08 İyun 2026 · 19:37 1112 baxış Fiorentina klubunda baş məşqçi məsələsinə aydınlıq gətirilib və uzun müddətdir maraqla gözlənilən qərar rəsmiləşib, belə ki, komandanın sükanı arxasına yeni mütəxəssis gətirilib və onun təyinatı barədə […]

Musiala əməliyyat olundu: “Bavariya” son durumu açıqladı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:33 1138 baxış “Bavariya”dan Camal Musiala ilə bağlı rəsmi açıqlama: Kiçik əməliyyat keçirib Elpress.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun və Almaniya milli komandasının aparıcı futbolçularından olan Camal Musiala […]

Cəmilə Muradlı Avropa çempionu oldu

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 15:41 1046 baxış Azərbaycan millisinin üzvü Cəmilə Muradlı 17 yaşadək boksçular arasında Avropa çempionatında qızıl medal qazanıb. Elpress.az xəbər verir ki, Monteneqronun Budva şəhərində keçirilən yarışın 57 kq çəki […]