--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Rəqibini zədələyən futbolçuya görünməmiş cəza verildi

Aysel Əlibəyli 29 İyul 2026 · 08:48 1074 baxış

Braziliya futbolunda qəbul edilən yeni intizam qərarı idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Elpress.az xəbər verir ki, “İnternasional” klubunun müdafiəçisi Viktor Qabriel kobud oyuna görə qeyri-adi cəza alıb.Belə ki, futbolçu rəqib komandanın oyunçusu Qabriel Peki ağır zədələdiyi üçün yalnız qırmızı vərəqə ilə deyil, daha sərt qərarla üzləşib.

Braziliyanın Ali İdman Ədalət Məhkəməsinin İntizam Komitəsi qərara alıb ki, Viktor Qabriel zədələdiyi futbolçu tam sağalaraq yaşıl meydana qayıdana qədər heç bir rəsmi oyunda iştirak edə bilməyəcək.

Məlumata görə, insident zamanı Qabriel Pekin ayağında sınıq aşkarlanıb və o, əməliyyat olunub. Həkimlərin ilkin rəyinə əsasən, futbolçunun bərpa prosesi təxminən altı ay davam edəcək.Bu səbəbdən, Viktor Qabrielin də ən azı həmin müddət ərzində komandasının rəsmi qarşılaşmalarında forma geyinməsi mümkün olmayacaq.

Bu qərar son illərin futbol tarixində tətbiq olunan ən fərqli intizam tədbirlərindən biri kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının dörd əsas magistralında nəqliyyatın hərəkəti çətinləşib

Next Article

Kirayə yolu ilə əldə edilə bilən yeni mənzillər satışa təqdim olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rəşad Rəsullu Hidayətin çəki probleminə aydınlıq gətirdi

Aysel Əlibəyli 16 İyul 2026 · 13:41 1076 baxış Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovun çəki problemi və sosial media paylaşımı ilə bağlı danışıb Elpress.az xəbər verir ki , Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu […]

Son qarşılaşmada Neftçi meydandan qələbə ilə ayrıldı.

Aysel Əlibəyli 23 May 2026 · 19:08 1135 baxış Neftçi Misli Premyer Liqasında mövsümün son – XXXIII turunda meydana çıxıb. Elpress.az-ın Qafqazinfo-a istinadən yaydığı məlumata görə, UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin edən “ağ-qaralar” səfərdə […]

Bilyard üzrə Avropa yarışları Bakıda keçiriləcək

Aysel Əlibəyli 02 İyun 2026 · 16:58 1235 baxış Azərbaycan cari ildə bilyard üzrə iki nüfuzlu beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan Bilyard Federasiyasından bildirilib ki, sərbəst piramida növü üzrə Avropa Kuboku və Avropa […]