--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Qabiliyyət imtahanı ilə bağlı dəyişiklik – DİM tarixləri ertələdi

Aysel Əlibəyli 28 İyun 2026 · 14:08 118 baxış

DİM-dən abituriyentlərə mühüm məlumat: Ümumi fiziki hazırlıq imtahanının yeni tarixi açıqlanıb

Elpress.az xəbər verir ki, idman istiqamətinin 62-ci komissiyası (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) üzrə iyunun 27-də keçirilməsi nəzərdə tutulan ümumi fiziki hazırlıq imtahanı təxirə salınıb.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda açıq havada təşkil olunması planlaşdırılan imtahan əlverişsiz hava şəraiti səbəbindən baş tutmayıb.

Bildirilib ki, sözügedən imtahan iyulun 7-də Azərbaycan İdman Akademiyasında keçiriləcək.

Abituriyentlər və subbakalavrlar imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Bundan əlavə, idman istiqaməti üzrə imtahanda iştirak edəcək şəxslər idman geyimi, həmçinin U086 formalı sağlamlıq haqqında tibbi arayışı təqdim etməlidirlər. Arayışın “peşəyə yararlığı haqqında həkim rəyi” hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır.

Qabiliyyət imtahanlarının qrafikinin mütəmadi yeniləndiyi, digər imtahanların tarixlərinin də müəyyənləşdikcə cədvələ əlavə ediləcəyi qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Venesuelada zəlzələ faciəsi: Ölənlərin sayı 1430 nəfərə çatdı

Next Article

Nadir səma hadisəsi: Günəş 2 dəqiqədən çox müddətə görünməyəcək – tarix açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Əl Nəsr” ulduzu fərqli liqalarda kubok hədəfində

Elşən 22 May 2026 · 08:19 60 baxış Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduz futbolçusu Cristiano Ronaldo yenidən dünya futbol gündəmini zəbt edib. Sosial şəbəkələrdə yayılan yeni görüntüdə portuqaliyalı hücumçu müxtəlif ölkə çempionatlarının kubokları ilə […]

Tarixi Mövsüm: Həsrətlər Bitdi

Elşən 20 May 2026 · 11:38 71 baxış Bu sezon futbol dünyasında bir çox klub illərlə davam edən çempionluq həsrətinə son qoydu. Xüsusilə İngiltərənin məşhur klubu Arsenal uzun illərdən sonra yenidən zirvəyə yüksələrək azarkeşlərinə böyük […]