--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“Medalımı atama həsr etdim”“

Aysel Əlibəyli 24 May 2026 · 20:48 43 baxış

Qızıl medal qazanmaq ən böyük arzum idi. Bu uğurumu şəhid atama həsr edirəm”, – deyə şəhid qızı bildirib.

Xəbər verdiyimiz kimi, Azərbaycanın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində təşkil olunan böyüklər arasında Avropa çempionatında qızıl medal əldə edib. Elpress.az Milli.az-a istinadən xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək çempion olub.Beləliklə, Mədinə Sadıqova Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk qadın karateçi kimi yadda qalıb.Qeyd edək ki, o, Birinci Qarabağ müharibəsi şəhidi, kapitan Vasif Sadıqovun qızıdır.“İndiyə qədər qızıl medalım olmamışdı. Ən böyük arzum qızıl medal qazanıb onu atama həsr etmək idi. O, bu bayraq uğrunda şəhid olub. Mən də Avropada bayrağımızı və himnimizi tanıdırım”, – deyə idmançı bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avropa çempionatının finallaşma günündə Azərbaycan sərbəst güləş üzrə 5 medal əldə edib.

Next Article

Netanyahu İranla sazişin uranın ölkədən çıxarılmasını nəzərdə tutmasını tələb edir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan millisi böyük turnirdə meydana çıxır

Aysel Əlibəyli 28 May 2026 · 11:55 112 baxış Azərbaycanın minifutbol milli komandası bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununu oynayacaq. ELPRESS.az Qafqazinfo- a istinadən verdiyi xəbərə görə, yığmamız F qrupunda Avstriya […]

Kanoeçimiz Avropa çempionatına yollanır

Aysel Əlibəyli 08 İyun 2026 · 15:37 40 baxış Portuqaliyanın Montemor-u-Velyu şəhəri iyunun 11-dən 14-dək kayak və kanoe üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qitə birinciliyində Azərbaycan millisinin heyətində […]