--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

FIFA U-15 Dünya Çempionatı ilə bağlı viza qaydaları sadələşdirildi

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 19:24 1108 baxış

Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalı ilə əlaqədar ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza proseduru sadələşdirilib.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” Sərəncam imzalayıb.Sərəncama əsasən, FIFA U-15 World Cup and Festival tədbiri ilə bağlı Azərbaycana səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 22 sentyabr–5 noyabr 2026-cı il tarixlərində ölkənin beynəlxalq hava limanlarında viza əldə edə biləcəklər.Bunun üçün həmin şəxslər müəyyən edilmiş sənədlərdən ən azı birini təqdim etməlidirlər.Viza verilməsi üçün əsas kimi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu, həmçinin FIFA-nın müvafiq qaydalarına uyğun elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçildiyini təsdiqləyən sənəd qəbul ediləcək.Sərəncamın icrası ilə əlaqədar Xarici İşlər Nazirliyinə də müvafiq tapşırıq verilib. Nazirlik viza prosedurunun sadələşdirilməsi barədə FIFA, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası və xarici dövlətlərin aidiyyəti qurumlarını məlumatlandırmalıdır.

Qeyd edək ki, sözügedən tədbir Azərbaycanda 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı kimi keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN-də “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Next Article

Elmlər Akademiyası qarşısında sərnişin izdihamı – avtobuslar niyə gecikir?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Messi tarix yazmağa bir addım qaldı

Aysel Əlibəyli 20 İyul 2026 · 00:04 1108 baxış Argentina bu gün Dünya Çempionatında növbəti tarixi uğur üçün meydana çıxır Elpress.az xəbər verir ki, 2026 FIFA Dünya Çempionatının finalında Argentina və İspaniya üz-üzə gəlir. Qarşılaşma […]

Frank De Bleker AFFA-dan ayrıldı

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:59 1074 baxış Belçikalı FIFA referisi Frank De Bleker AFFA-dakı fəaliyyətini başa vurub Elpress.az xəbər verir ki, Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-da fəaliyyəti başa çatıb.AFFA-nın məlumatına görə, […]

Tələbə Liqasına möhtəşəm yekun

Aysel Əlibəyli 06 İyun 2026 · 14:30 1316 baxış Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə rəsmi şəkildə yekun vurulub və yarış gərgin mübarizə, maraqlı oyunlar və yüksək idman […]