--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Frank De Bleker AFFA-dan ayrıldı

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:59 1092 baxış

Belçikalı FIFA referisi Frank De Bleker AFFA-dakı fəaliyyətini başa vurub

Elpress.az xəbər verir ki, Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-da fəaliyyəti başa çatıb.AFFA-nın məlumatına görə, De Bleker 2024-cü ilin iyulunda Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub. O, 2025-ci ilin noyabrından isə qurumda beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri kimi fəaliyyət göstərib.Belçikalı mütəxəssis Azərbaycanda hakimliyin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin peşəkar hazırlığının yüksəldilməsi istiqamətində çalışıb. Onun fəaliyyəti dövründə gənc hakimlərin inkişafına xüsusi diqqət göstərilib.AFFA-nın bildirdiyinə görə, 2026-cı ildən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərin sayı 4-ə çatıb.Frank De Bleker bundan sonra fəaliyyətini Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zelenski: “Patriot” raketləri çatışmır

Next Article

Qara dənizdə konteyner gəmisi batırılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Goal” dünya çempionatlarının ən yaxşı 10 futbolçusunu açıqladı

Aysel Əlibəyli 21 İyun 2026 · 19:42 1204 baxış “Goal” portalı dünya çempionatları tarixinin ən güclü futbolçularının reytinqini təqdim edib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Nüfuzlu “Goal” portalı dünya çempionatları tarixinin ən yaxşı 10 […]

Musiala əməliyyat olundu: “Bavariya” son durumu açıqladı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:33 1170 baxış “Bavariya”dan Camal Musiala ilə bağlı rəsmi açıqlama: Kiçik əməliyyat keçirib Elpress.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun və Almaniya milli komandasının aparıcı futbolçularından olan Camal Musiala […]

Tələbə Liqasına möhtəşəm yekun

Aysel Əlibəyli 06 İyun 2026 · 14:30 1338 baxış Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə rəsmi şəkildə yekun vurulub və yarış gərgin mübarizə, maraqlı oyunlar və yüksək idman […]

“Qarabağ”ın Avrokubok macərası başa çatdı

Aysel Əlibəyli 28 Avqust 2026 · 09:07 1088 baxış “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəni dayandırıb. Elpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi cavab qarşılaşmasında Niderlandın “Tvente” klubunu qəbul edib.Tofiq Bəhramov […]