Elpress.az xəbər verir ki, paytaxtın Səbail rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub.
Hadisə Dənizkənarı Milli Park ərazisində qeydə alınıb.Məlumata görə, təhlükə barədə məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb ediliblər.
Xilasedicilərin keçirdiyi operativ tədbirlər nəticəsində 1998-ci il təvəllüdlü İsmayılov Rüfət İsrayıl oğlu sudan çıxarılıb.Xilas edilən şəxs aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı əlavə məlumat verilməyib.



