--:--:-- | 15 Avqust 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Şükürbəyliyə növbəti köç: 107 ailə doğma yurduna qayıtdı

Elşən 15 May 2026 · 13:23 1082 baxış

İşğaldan azad edilən Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib. Səhər saatlarında yola düşən ailələr uzun fasilədən sonra doğma yurdlarına qayıdaraq sevinc içində evlərinə yerləşiblər.

Elpress.az-ın Azərtac-a istinadən verdiyi məlumata əsasən, bu mərhələdə kənd 107 ailə olmaqla 453 sakini qəbul edib. Yenidən qurulan kəndə qədəm qoyan insanlar sevinc hissi ilə evlərini gəzib, yaradılan şəraitlə tanış olublar.

Qeyd olunur ki, Şükürbəyli kəndi müasir tələblərə uyğun şəkildə yenidən inşa edilib və burada rahat yaşayış üçün bütün infrastruktur təmin olunub. Ərazidə iki ədəd 80 yerlik uşaq bağçası, 360 şagirdlik məktəb, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və inzibati bina istifadəyə verilib.

Eyni zamanda 35/10 kV gücündə elektrik yarımstansiyası tikilib, kənd elektrik enerjisi, təbii qaz, içməli su, internet, rabitə və “İP TV” şəbəkələri ilə təmin olunub. Kənddaxili yollar isə asfalt örtüklə yenilənib. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib ki, onlardan 615-i sakinlər üçün, 20-si isə xidmət məqsədi daşıyır.

Planlara əsasən, Şükürbəyliyə ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin köçürülməsi nəzərdə tutulur. Buraya Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsindən olan sakinlər də daxildir.

Beləliklə, uzun illər həsrətində olduqları torpaqlara qayıdan insanlar üçün Şükürbəyli kəndində yeni həyat başlayıb. Bu proses “Böyük Qayıdış” proqramının uğurla davam etdiyini bir daha nümayiş etdirir.

Sakinlər dövlət tərəfindən yaradılan şəraitdən məmnunluqlarını bildirərək, şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlıqlarını ifadə ediblər. Onlar bu dirçəlişi Zəfərin və fədakarlığın nəticəsi kimi dəyərləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə səfər edib

Next Article

Şuşada “Xarıbülbül” festivalı çərçivəsində “Romans və mahnı səhəri” konserti keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xırdalanda ər-arvad faciəsi

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:33 1030 baxış Xırdalanda dəhşətli olay: Evdə bir-birini bıçaqlayan ər və arvad həyatını itirdi Elpress.az xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində ər və arvad arasında dəhşətli münaqişə baş […]

Küləyin aşırdığı ağac bir nəfəri yaraladı

Aysel Əlibəyli 27 İyul 2026 · 12:04 1036 baxış Güclü külək nəticəsində aşan ağacın altında qalan şəxs xəsarət alıb Elpress.az xəbər verir ki, Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs xəstəxanaya yerləşdirilib. Müayinələr […]