--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Komaya düşən Nigarın həkimləri cəzalandırıldı

Aysel Əlibəyli 31 İyul 2026 · 12:18 1124 baxış

Rinoplastika sonrası komaya düşən Nigarın həkimləri məhkum edildi

Elpress.az xəbər verir ki, Bakıda rinoplastika əməliyyatından sonra komaya düşən 34 yaşlı Nigar Budaqlının işi üzrə məhkəmə qərarı açıqlanıb.Məhkəmənin hökmü ilə lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva təqsirli bilinərək məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzalarını çəkməli olacaqlar.Mülki iddia da qismən təmin edilib. Təqsirləndirilən şəxslərin daha əvvəl ödədikləri məbləğlər nəzərə alınaraq Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.Qeyd edək ki, hadisə ötən ilin aprelində Bakıda yerləşən “MedAura” Klinikasında baş verib. Rinoplastika əməliyyatı keçirən Nigar Budaqlı bundan sonra komaya düşüb və ittihama əsasən, sağlamlığını itirərək yataq xəstəsi vəziyyətinə düşüb.Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib və faktla bağlı araşdırma başlanıb. Həkimlərə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kanadada məscid atəşə tutuldu

Next Article

İran İraqa dronlarla zərbə endirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kiberpolis qadınları süni intellektlə şantaj edən şəxsləri ifşa etdi

Aysel Əlibəyli 16 İyul 2026 · 18:20 1114 baxış Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qadınları sosial şəbəkələrdə süni intellekt vasitəsilə şantaj edən şəxsləri saxlayıb. Elpress.az xəbər verir ki, polisə naməlum şəxslərin qadınların […]

Qaradağda dəhşətli qəza

Aysel Əlibəyli 11 İyul 2026 · 20:27 1134 baxış Bakının Qaradağ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Elpress.az xəbər verir ki , Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. İlkin […]

Şəhid anası vəfat edib

Aysel Əlibəyli 13 İyun 2026 · 21:49 1148 baxış Gəncədə şəhid Ceyhun İsmayılovun anası vəfat edib. Türanə Bayramova bir müddət əvvəl səhhətində yaranan ciddi problemlər səbəbindən vəfat edib.Mərhum İmamzadə qəbiristanlığında son mənzilə yola salınıb və […]

Əhmədlidə açıq ərazidə güclü yanğın

Aysel Əlibəyli 17 İyun 2026 · 13:58 1214 baxış Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq sahədə yanğın baş verib. Bakı şəhəri, Xətai rayonunun Əhmədli qəsəbəsində açıq ərazidə yanğın hadisəsi qeydə alınıb. Məlumat Fövqəladə Hallar […]