Türkiyəli müğənni Nevzat Doğansoy, səhnə adı ilə Nev, 57 yaşında dünyasını dəyişib.
Elpress.az xəbər verir ki, sənətçinin vəfat etdiyini onun meneceri İlker Ercan açıqlayıb.
Qaraciyər xəstəliyindən müalicə alan müğənni 2000-ci illərdə Türkiyə musiqisində tanınan simalardan biri olub. O, “Zor”, “Mühürlü Kaderim” və “Sen Gibi” mahnıları ilə geniş dinləyici auditoriyasının rəğbətini qazanıb.


