--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Tramp və Zelenskinin Vaşinqton görüşü gözlənilir

Aysel Əlibəyli 25 İyul 2026 · 00:55 1088 baxış

ABŞ prezidenti Donald Trampın gələn həftə Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır.

Elpress.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmisinə istinadən “Reuters” məlumat yayıb.Bildirilib ki, görüşün çərşənbə axşamı keçirilməsi nəzərdə tutulur.

Lakin Zelenskinin ABŞ-a səfəri Donald Trampın iş qrafikinin yekun təsdiqindən asılı olacaq.Məlumata görə, görüş ABŞ və Ukrayna rəsmilərinin Rusiya prezidenti Vladimir Putinə təqdim olunacaq hava məkanında atəşkəs təklifi üzərində işlədiyi dövrə təsadüf edir. Daha əvvəl irəli sürülən oxşar təşəbbüslər Moskva tərəfindən qəbul edilməsə də, Ukraynanın son hərbi əməliyyatlarının Rusiyaya təzyiqi artırdığı qeyd olunur.

Qeyd edilib ki, Volodimir Zelenski Vaşinqtona səfəri çərçivəsində Ukraynanın fəal tərəfdarlarından olmuş və bu yaxınlarda vəfat edən amerikalı senator Lindsi Qrehemin dəfn mərasimində də iştirak etməyi planlaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəmkirdə ikimərtəbəli yaşayış evində yanğın baş verdi

Next Article

Şamaxıda COP31-ə hazırlıq çərçivəsində üçüncü qeyri-rəsmi iqlim məsləhətləşmələri keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiyalılar Qazaxıstana elektron icazə ilə gedəcək

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:16 1070 baxış Qazaxıstan Rusiya vətəndaşları üçün elektron giriş icazəsi tətbiq edir Elpress.az xəbər verir ki, Qazaxıstan Rusiya vətəndaşlarının ölkəyə giriş qaydalarını dəyişir. Yeni tələblərə əsasən, rusiyalıların Qazaxıstana səfər […]

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub

Aysel Əlibəyli 18 Avqust 2026 · 10:59 1084 baxış Hücumlar nəticəsində 5 mindən çox sakin və 46 sosial obyekt elektrik enerjisiz qalıb Elpress.az xəbər verir ki, Ukraynaya məxsus dronların Rusiyanın Moskva vilayətinə kütləvi hücumu nəticəsində […]

Venesuela ABŞ-la 25 illik neft sazişinin detallarını açıqlayıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:10 1070 baxış Razılaşmanın 17 yatağı əhatə edəcəyi və hasilatın sutkada 1,5 milyon bareli keçəcəyi bildirilir Elpress.az xəbər verir ki, Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigez ABŞ-la imzalanan 25 illik […]

Türkiyə bayrağını yandıran qadın saxlanılıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:34 1076 baxış Muğlada Türkiyə bayrağını yandırmaqda şübhəli bilinən 31 yaşlı qadın həbs edilib Elpress.az xəbər verir ki, Türkiyənin Muğla bölgəsində Türkiyə bayrağının yandırılması ilə bağlı hadisə baş verib.Hadisə […]