--:--:-- | 11 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Lənkəranın bəzi kəndlərində elektrik enerjisində müvəqqəti fasilə olacaq

Elşən 20 May 2026 · 09:20 1101 baxış

“Azərişıq” tərəfindən verilən məlumata əsasən, Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

Elpress.az-ın məlumatına görə, bu barədə qurum rəsmi məlumat yayıb.

Bildirilib ki, bu gün Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 3 və 12 saylı hava xətlərində təmir və bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi kəndlərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Eyni zamanda, saat 14:00-dan 16:00-dək Digah və Şiləvar kəndlərində də elektrik enerjisinin verilişində fasilələr nəzərdə tutulur.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha stabil və keyfiyyətli elektrik təchizatı ilə təmin ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Arsenal Premyer Liqada 22 il sonra yenidən zirvədə!

Next Article

“Azeri Light” neftinin qiymətində azalma qeydə alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN əməkdaşları göz qapağına ilişən zəncirbəndi çıxarıblar

Aysel Əlibəyli 18 İyun 2026 · 19:46 1108 baxış Paytaxtın Sabunçu rayonunda göz qapağı geyimin zəncirbəndinə ilişən şəxsə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yardım göstərilib. Elpress.az xəbər verir ki, hadisə ilə bağlı FHN-in “112” qaynar […]

Mingəçevirdə faciə: 24 yaşlı gənc su anbarında boğuldu

Aysel Əlibəyli 07 İyul 2026 · 22:13 1084 baxış Mingəçevir su anbarında acı hadisə: Gəncin həyatını xilas etmək mümkün olmadı Elpress.az xəbər verir ki, Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. Mingəçevir su anbarında çimən gənc […]

Böyükşorda ağır qəza

Aysel Əlibəyli 17 İyun 2026 · 13:38 1154 baxış Böyükşor yolunda ciddi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı “Changan” markalı minik avtomobili hərəkətdə olan su daşıyan yük maşını ilə toqquşub. Güclü zərbənin təsirindən yük avtomobili […]

Doğuşdan sonra 20 gün komada qalan Şəhla vəfat edib

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:37 1034 baxış Qeysəriyyə əməliyyatından sonra səhhəti ağırlaşan 28 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb Elpress.az xəbər verir ki, “Baku Medical Plaza”da qeysəriyyə əməliyyatından sonra komaya düşən 28 […]