--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Arsenal Premyer Liqada 22 il sonra yenidən zirvədə!

Elşən 20 May 2026 · 08:24 1163 baxış

İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün çempionunun adına aydınlıq gəlib. Mövsüm ərzində sabit və inamlı çıxışı ilə diqqət çəkən Arsenal 22 ildən sonra yenidən ölkə çempionu olmağı bacarıb. London təmsilçisi XXXVII turun nəticələrindən sonra qızıl medalları vaxtından əvvəl təmin edib.

Elpress.az xəbər verirki, çempionluğun rəsmiləşməsinə əsas səbəb isə ən yaxın izləyici olan Manchester City klubunun səfərdə AFC Bournemouth ilə 1:1 hesablı heç-heçə etməsi olub. Bu xal itkisi nəticəsində “şəhərlilər” sona cəmi bir tur qalmış liderdən 4 xal geri düşərək çempionluq şansını tamamilə itiriblər.

Beləliklə, Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” uzun illərdən sonra yenidən İngiltərə futbolunun zirvəsinə yüksəlib. Komanda mövsüm boyu nümayiş etdirdiyi hücum futbolu, möhkəm müdafiə xətti və stabil nəticələri ilə azarkeşlərinin böyük rəğbətini qazanıb.

Qeyd edək ki, London klubu sonuncu dəfə 2003/2004 mövsümündə Premyer Liqanın qalibi olmuşdu. Həmin mövsüm “Arsenal” məğlubiyyətsiz çempion olaraq futbol tarixinə düşmüş və “Yenilməzlər” ləqəbini qazanmışdı. Bu dəfəki çempionluq da klub tarixinin ən yadda qalan uğurlarından biri kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ ordusu Avropada yeni yerləşdirmə planı hazırlayır

Next Article

Lənkəranın bəzi kəndlərində elektrik enerjisində müvəqqəti fasilə olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elvindən növbəti atmaca

Aysel Əlibəyli 07 İyun 2026 · 20:42 1128 baxış İntizamsız davranışa görə “Qarabağ”ın əsas komandasında yer almayan Elvin Cəfərquliyev uzun müddətdən sonra sosial şəbəkə hesabında paylaşım edib. Elpress.az xəbər verir ki, Hazırda Azərbaycan millisinin düşərgəsində […]

“Əl Nəsr” ulduzu fərqli liqalarda kubok hədəfində

Elşən 22 May 2026 · 08:19 1098 baxış Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduz futbolçusu Cristiano Ronaldo yenidən dünya futbol gündəmini zəbt edib. Sosial şəbəkələrdə yayılan yeni görüntüdə portuqaliyalı hücumçu müxtəlif ölkə çempionatlarının kubokları ilə […]

Azərbaycan Etnoidman Festivalında təmsil olundu”

Aysel Əlibəyli 24 May 2026 · 21:29 1149 baxış İstanbulda təşkil olunan VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı yekunlaşıb.Festival türk dünyasının ortaq irsinin, milli-mədəni dəyərlərin və ənənəvi idman növlərinin beynəlxalq səviyyədə tanıdılmasına həsr olunub. Elpress.az Azərtac […]

Messi və Ronaldo dünya çempionatı ilə vidalaşdı

Aysel Əlibəyli 20 İyul 2026 · 17:15 1102 baxış Messi və Ronaldo mundial karyeralarını emosional şəkildə başa vurdu Elpress.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatı futbol tarixinin ən yaddaqalan anlarından birinə şahidlik edib.Lionel Messi […]