Xəzərdə güclü dalğa 19 hərbçini dənizə sürükləyib, 7 nəfərin axtarışı davam edir
Elpress.az xəbər verir ki, Qazaxıstanın Manqistau vilayətində hərbi təlim zamanı bədbəxt hadisə baş verib.Hadisə sentyabrın 24-də Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizinin sahilində keçirdiyi təlimlər zamanı qeydə alınıb. Təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində güclü dalğa 19 hərbçini dənizə sürükləyib.İlkin məlumata görə, hərbçilərdən 9-u həyatını itirib, 3 nəfər xilas edilib. Daha 7 hərbçinin axtarışı davam etdirilir.Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin bölmələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, aviasiya və digər aidiyyəti xidmətlər iştirak edir.Hadisənin bütün hallarının araşdırılması və axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanov rəhbərlik edir.


