--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan kinosuna ağır itki: Xalq artisti Tofiq Mirzəyev vəfat etdi

Aysel Əlibəyli 22 İyul 2026 · 11:02 1126 baxış

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev 94 yaşında vəfat edib.

Elpress.az xəbər verir ki, bu barədə APA-ya İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.Bildirilib ki, sənətkar ötən gecə İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada dünyasını dəyişib.

Onun iki ay əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, səhhətinin qısa müddət yaxşılaşmasına baxmayaraq, son günlər yenidən ağırlaşdığı qeyd olunub.

Məlumata görə, Tofiq Mirzəyev sağlığında dəfələrlə Bakıda dəfn olunmaq arzusunu ifadə etsə də, onun İsrailin Araj şəhərindəki qəbiristanlıqda torpağa tapşırılması planlaşdırılır.1932-ci ildə Gədəbəy rayonunda anadan olan Tofiq Mirzəyev Azərbaycan kino sənətinin tanınmış simalarından biri olub. O, 1976-cı ildə Əməkdar artist fəxri adına layiq görülüb, 2022-ci ildə isə Xalq artisti adına və “Şöhrət” ordeninə layiq görülüb.Sənətkar “Nəsimi”, “Üzeyir ömrü”, “O qızı tapın”, “Onun bəlalı sevgisi”, “Uşaqlığın son gecəsi” və “İstintaq” kimi filmlərdə yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların yaddaşında iz qoyub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib

Next Article

Azərbaycanda sığorta agentinin lisenziyası ləğv edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heydər Əliyev prospektində piyada vuruldu

Elşən 23 Aprel 2026 · 18:45 1205 baxış Paytaxtda Heydər Əliyev prospektinin mərkəz istiqamətində günorta saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Yerüstü piyada keçidinə yaxın ərazidə yolu keçmək istəyən şəxs minik avtomobili tərəfindən vurulub. Nəqliyyatı İntellektual […]

Lazada sürüşmə: Qusar hadisə ilə sarsıldı

Aysel Əlibəyli 11 İyun 2026 · 18:28 1168 baxış Qusarda sürüşmə: xəsarət yoxdurQusarda baş verən sürüşmə nəticəsində xəsarət alan olmayıb. Qusarda zəif sürüşmə qeydə alınıb: ziyan yoxdurQusarda 1 maqnitudalı sürüşmə yerli vaxtla saat 14:38-də, 1 […]

Qobustanda avtomobil yanıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:16 1082 baxış Bakı-Şamaxı yolunda “Ford Fusion”un mühərrik hissəsi yanıb Elpress.az xəbər verir ki, Qobustan rayonunda minik avtomobilində yanğın baş verib.Hadisə Bakı-Şamaxı magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində […]

Filippində məktəbdə silahlı insident baş verib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:13 1082 baxış Atışma nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb Elpress.az xəbər verir ki, Filippinin Cənubi Kotabato vilayətinin Banqa bölgəsində yerləşən məktəblərdən birində silahlı insident baş verib.Hadisə […]