--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Yevlaxda qətldə təqsirləndirilən 6 qohuma hökm oxunub

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:37 1084 baxış

Təqsirləndirilən şəxslər 15 ildən 19 ilədək müddətə azadlıqdan məhrum ediliblər

Elpress.az xəbər verir ki, Yevlaxda 2024-cü ildə baş verən qətl hadisəsi ilə bağlı təqsirləndirilən altı qohumun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Tərtər Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində hökm elan olunub.Məhkəmənin hökmü ilə X.R. və V.T. 19 il, Ə.Ə. və D.A. 18 il 2 ay, Ş.İ. 18 il, Ş.S. isə 15 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, 2024-cü ildə Azər Quliyev N.Ş. adlı qadını qaçırıb. Bundan sonra qadının qardaşları Abşeron rayonunun Qobu qəsəbəsində Azər Quliyevi döyərək ona xəsarətlər yetirib və avtomobilin baqajında Yevlaxa aparıblar.Yevlaxa çatdıqdan sonra onu avtomobildən çıxarmaq istəyərkən Azər Quliyevin öldüyü məlum olub.Hadisə ilə bağlı cinayət işi başlanılıb və şübhəli şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, adam oğurlama, seksual xarakterli zorakılıq və digər maddələri üzrə ittihamlar irəli sürülüb.Təqsirləndirilən şəxslərdən birinin hərbi qulluqçu olduğu bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Könüllü tibbi sığorta yığımları azalıb

Next Article

Qazaxıstanda təlim zamanı 9 hərbçi ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın sabiq səfiri Hacan Hacısoy vəfat edib

Aysel Əlibəyli 29 İyul 2026 · 09:53 1100 baxış Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib. Elpress.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.Bildirilir ki, Hacan Hacısoy uzun sürən xəstəlikdən […]

İki Əlcəzair vətəndaşı sərhədi qanunsuz keçmək istəyərkən tutulub

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:44 1070 baxış Xudat istiqamətində Azərbaycan-Rusiya sərhədini pozmağa çalışan iki nəfər saxlanılıb Elpress.az xəbər verir ki, Azərbaycan-Rusiya dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhd edən iki xarici ölkə vətəndaşı saxlanılıb.Hadisə […]

Biləsuvarda yol-nəqliyyat hadisəsi qeydə alınıb

Aysel Əlibəyli 04 İyun 2026 · 20:53 1208 baxış Biləsuvarda yük maşını ilə minik avtomobili toqquşub, yaralananlar var Baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza […]

Lənkəranda 3 yaşlı uşaq döyülüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:02 1086 baxış Azyaşlının atalığı tərəfindən döyüldüyü bildirilir, ananın valideynlik hüququ məsələsinə baxılır Elpress.az xəbər verir ki, Lənkəranda 3 yaşlı uşağın fiziki zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.2023-cü […]