--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Yasamalda “xeyriyyə” adı ilə dələduzluq edən qadın saxlanılıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 10:51 1130 baxış

Bakının Yasamal rayonunda xeyriyyəçilik adı altında vətəndaşdan pul və qızıl-zinət əşyaları aldığı bildirilən qadın saxlanılıb.

Elpress.az xəbər verir ki, araşdırma zamanı hadisənin izinə polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində düşmək mümkün olub.Məlumata görə, hadisədə şübhəli bilinən 70 yaşlı N.Məhərrəmova müəyyən edilərək saxlanılıb. Onun daha əvvəl də dələduzluq əməllərinə görə bir neçə dəfə məhkum olunduğu bildirilib.İlkin araşdırmalara əsasən, N.Məhərrəmova zərərçəkmiş şəxslə əlaqə yaradaraq özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edib. Daha sonra maddi yardım göstəriləcəyini vəd edərək həmin şəxsin evinə daxil olub.İddialara görə, bu yolla zərərçəkmiş şəxsdən 2 250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları götürülüb. Araşdırma zamanı həmin qızıl-zinət əşyalarının sonradan satıldığı da üzə çıxıb.

Hazırda fakt üzrə araşdırma aparılır və hadisənin digər təfərrüatları müəyyənləşdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polisin təlim prosesini izləyib

Next Article

“Şamaxinka”da 5 marşrutun dayanacağı dəyişdirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sərhəddə qanunsuz keçid cəhdi

Aysel Əlibəyli 06 İyun 2026 · 13:46 1186 baxış İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozaraq keçmək istəyən Əfqanıstan vətəndaşları müəyyən edilərək saxlanılıblar. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən verilən məlumata əsasən, iyun ayının 1-də Dövlət Sərhəd […]

Lerikdə zəlzələ qeydə alındı

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 11:57 1068 baxış Lerik rayonunda yeraltı təkanlar qeydə alınıb. Elpress.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 11:14-də baş verib.Yeraltı təkanlar Lerik seysmik […]

Qaxda ağır qəza: azyaşlı öldü

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:36 1084 baxış Qax-Qoragan yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var Elpress.az xəbər verir ki, Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Qax-Qoragan avtomobil yolunda qeydə alınıb. Hərəkətdə […]