--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Sabirabad xəstəxanasının sabiq direktoruna 186 min manatlıq ittiham

Aysel Əlibəyli 28 İyul 2026 · 18:20 1072 baxış

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Həsən Hüseynovun külli miqdarda mənimsəmə ittihamı üzrə cinayət işi məhkəmə baxışına çıxarılır.

Elpress.az xəbər verir ki, istintaqın materiallarına əsasən, Həsən Hüseynov vəzifə səlahiyyətlərindən istifadə edərək 186 min manat məbləğində vəsaiti mənimsəməkdə təqsirləndirilir.

Məlumata görə, təqsirləndirilən şəxs istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (külli miqdarda mənimsəmə) ilə yekun ittiham irəli sürülüb.Həsən Hüseynov barəsində istintaq müddətində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Cavid Səfərli baxacaq. Hazırlıq iclasının iyulun 31-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında maliyyə pozuntuları ilə bağlı digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması da hazırda davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“İdrak” liseyində baş verən silahlı insident: Silah sahibinə hökm oxundu

Next Article

Bakının dörd əsas magistralında nəqliyyatın hərəkəti çətinləşib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Komaya düşən Nigarın həkimləri cəzalandırıldı

Aysel Əlibəyli 31 İyul 2026 · 12:18 1086 baxış Rinoplastika sonrası komaya düşən Nigarın həkimləri məhkum edildi Elpress.az xəbər verir ki, Bakıda rinoplastika əməliyyatından sonra komaya düşən 34 yaşlı Nigar Budaqlının işi üzrə məhkəmə qərarı […]

Naxçıvanda zəncirvari qəza: 2 nəfər xəsarət alıb

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:39 1078 baxış Naxçıvan-Şahbuz yolunda dörd avtomobil toqquşub Elpress.az xəbər verir ki, Naxçıvan-Şahbuz magistralında bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.Hadisə zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” […]

Bakıda avtobus qəzası: yaşlı qadın həyatını itirdi

Aysel Əlibəyli 21 İyun 2026 · 18:54 1227 baxış Sabunçuda avtobusun vurduğu piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Ramana qəsəbəsində, Yeni Ramana yolunda qeydə alınıb. […]