--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Rusiyadan Azərbaycana iki təqsirləndirilən şəxs ekstradisiya olunub

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:33 1074 baxış

Hərbi xidmətdən yayınma və dələduzluqda şübhəli bilinən şəxslər Azərbaycana gətirilib

Elpress.az xəbər verir ki, Rusiya ərazisində saxlanılan iki Azərbaycan vətəndaşı istintaq tədbirlərinin davam etdirilməsi üçün ölkəyə təhvil verilib.Məlumata əsasən, şəxslərin Azərbaycana ekstradisiyası ilə bağlı Baş Prokurorluğun müraciətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Ekstradisiya iki ölkə arasında hüquqi yardım və hüquqi münasibətlərə dair konvensiyanın tələblərinə uyğun həyata keçirilib.Araşdırmalara görə, şəxslərdən biri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu müddətdə xidmətdən yayınmaqda, digəri isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməkdə əsaslı şübhələrə görə təqsirləndirilən şəxs qismində cəlb olunub.İstintaqdan yayınaraq gizləndikləri üçün hər iki şəxs barəsində dövlətlərarası axtarış elan edilib. Onlar Rusiya ərazisində müəyyən edilərək saxlanılıb və aidiyyəti qurumların əməkdaşları tərəfindən Azərbaycana gətiriliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 12 oldu

Next Article

Binəqədi şosesində yol hərəkəti dəyişdirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Füzulidə qəza: ANAMA əməkdaşı həyatını itirib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:14 1056 baxış “Mercedes” idarəetmədən çıxaraq ağaclara çırpılıb, sürücü hadisə yerində ölüb Elpress.az xəbər verir ki, Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Qəza rayonun Molla Məhərrəmli kəndi ərazisində […]

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 11:07 1088 baxış Elpress.az xəbər verir ki, Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.Hadisə Heydər Əliyev küçəsində baş verib. İlkin məlumata əsasən, 1963-cü il təvəllüdlü Əsgərov Yaşar Təvəkkül […]

“Sea Breeze”də 4 yaşlı uşaq faciəli şəkildə həyatını itirdi

Aysel Əlibəyli 15 Avqust 2026 · 06:25 1076 baxış Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində faciə baş verib. Elpress.az xəbər verir ki, “112” qaynar telefon xəttinə istirahət mərkəzinin hovuzunda azyaşlı uşağın […]

Şəmkirdə ikimərtəbəli yaşayış evində yanğın baş verdi

Aysel Əlibəyli 24 İyul 2026 · 18:54 1080 baxış Şəmkir rayonunda fərdi yaşayış evində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb. Elpress.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun […]