--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Rusiyada axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:15 1058 baxış

Hərbi hissəni özbaşına tərk etməkdə təqsirləndirilən şəxsin ekstradisiyası ilə bağlı qərar qəbul olunub

Elpress.az xəbər verir ki, Azərbaycan vətəndaşı Nahid Rasim oğlu Əlicanlının Rusiyadan ölkəyə ekstradisiya olunması barədə qərar verilib.Baş Prokurorluğun məlumatına görə, ekstradisiya ilə bağlı vəsatət “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.İstintaq materiallarına əsasən, Qubadlı Hərbi Prokurorluğunda araşdırılan cinayət işi çərçivəsində Nahid Əlicanlının hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətdə özbaşına tərk etməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub. Bu səbəbdən onun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı qəbul edilib.Məlumata görə, istintaqdan yayınaraq gizləndiyi üçün o, beynəlxalq axtarışa verilib.Hazırda şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun tədbirlər həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İdlibdə hərbi aerodroma hücum edilib

Next Article

İyulda 185,5 min nəfərə ailə başçısını itirməyə görə ödəniş verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qubada sürüşmə qeydə alınıb

Aysel Əlibəyli 22 İyun 2026 · 15:47 1126 baxış Quba rayonunun Qusar sərhədinə yaxın ərazisində sürüşmə hadisəsi baş verib. Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, ərazidə sürüşmə prosesi iyunun 20-dən etibarən davam […]

İtkin düşən 8 nəfər tapıldı

Aysel Əlibəyli 18 İyul 2026 · 15:55 1080 baxış Axtarışda olan 8 nəfər polis tərəfindən tapıldı Elpress.az xəbər verir ki, İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər polis əməkdaşları tərəfindən tapılıb.Bildirilib ki, iyulun 17-də keçirilən […]

Xaçmazda səyyar qəbul: sakinlərin problemləri dinlənildi

Elşən 23 Aprel 2026 · 18:37 1143 baxış Elnur Rzayev Xaçmaz rayonunun Xanoba kəndində hüquq-mühafizə orqanları və müxtəlif qurum rəhbərlərinin iştirakı ilə səyyar qəbul təşkil edib. Görüşdə Yalama inzibati ərazi dairəsinə daxil olan bir neçə […]