--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qara dənizdə gəmi dron hücumuna məruz qalıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:59 1056 baxış

Hücum nəticəsində iki Azərbaycan vətəndaşı ölüb, daha iki nəfər yaralanıb

Elpress.az xəbər verir ki, Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu xarici yük gəmisinə dronlarla hücum edilib. Hadisə nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub, iki nəfər isə xəsarət alıb.Məlumata görə, hadisə zamanı Aslan Əliyev və Asim Qasımov həyatını itirib. İmran Novruzov və Rauf Əliyev isə yaralanıb. Yaralılar Ukraynanın Çernomorsk şəhərində yerləşən xəstəxanaya çatdırılıb və hazırda tibbi yardım alırlar.Məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır. Yaralıların müalicədən sonra Azərbaycana qaytarılması, onlara lazımi konsulluq dəstəyinin göstərilməsi və həlak olanların cənazələri ilə bağlı prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.Azərbaycan tərəfi həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib. Vətəndaşlara hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə işləməkdən, eləcə də bu marşrutlarda fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinmək tövsiyə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistan üçün gömrük güzəştləri səsverməyə çıxarılır

Next Article

COP31 üçün Antalyada 1,5 milyon kvadratmetrlik ərazi hazırlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ərbil hava limanına PUA ilə zərbə endirilib

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:51 1092 baxış Hava limanı yaxınlığında partlayış səsləri eşidilib, bir dron vurulub Elpress.az xəbər verir ki, İraqın Kürdüstan Regional Administrasiyasının paytaxtı Ərbildə hava limanı ərazisi pilotsuz uçuş aparatının hücumuna […]

Taylandda Tanınmış Bloqerlərin Qəzaya Düşdüyü Anlar

Aysel Əlibəyli 04 İyun 2026 · 18:34 1190 baxış Azərbaycanlı tanınmış bloqerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova istirahət məqsədilə səfər etdikləri Taylandda yol qəzası ilə üzləşiblər. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tanınmış […]

Komaya düşən Nigarın həkimləri cəzalandırıldı

Aysel Əlibəyli 31 İyul 2026 · 12:18 1092 baxış Rinoplastika sonrası komaya düşən Nigarın həkimləri məhkum edildi Elpress.az xəbər verir ki, Bakıda rinoplastika əməliyyatından sonra komaya düşən 34 yaşlı Nigar Budaqlının işi üzrə məhkəmə qərarı […]

Naxçıvanda zəncirvari qəza: 2 nəfər xəsarət alıb

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:39 1080 baxış Naxçıvan-Şahbuz yolunda dörd avtomobil toqquşub Elpress.az xəbər verir ki, Naxçıvan-Şahbuz magistralında bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.Hadisə zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” […]