--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

COP31 üçün Antalyada 1,5 milyon kvadratmetrlik ərazi hazırlanıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:03 1074 baxış

COP31 məkanında “Mavi Zona” və “Yaşıl Zona” eyni ərazidə yerləşəcək

Elpress.az xəbər verir ki, COP31-in keçiriləcəyi Türkiyənin Antalya şəhərində tədbir üçün genişmiqyaslı hazırlıq işləri aparılıb. Konfransın təşkili üçün ətraf ərazilər və avtomobil dayanacaqları da daxil olmaqla ümumilikdə 1,5 milyon kvadratmetr sahə ayrılıb.Tədbir məkanının əsas hissəsi 1,1 milyon kvadratmetr ərazini əhatə edir. Bunun təxminən 527 min kvadratmetri “Mavi Zona”, 582 min kvadratmetri isə “Yaşıl Zona” üçün nəzərdə tutulub. Hər iki zona vahid tədbir məkanında yerləşəcək.COP31 çərçivəsində noyabrın 11-12-də keçiriləcək Liderlər Sammiti üçün ayrıca VIP girişinin yaradılması planlaşdırılır. Bu girişdən yalnız dövlət və hökumət liderləri, eləcə də onların üç nəfərlik heyəti istifadə edə biləcək. Liderlər girişdən qarşılanma məntəqəsinə, daha sonra isə VIP zalına keçəcəklər.Türkiyə rəsmisi Antalyanın COP31 iştirakçılarını qəbul etmək üçün geniş imkanlara malik olduğunu və şəhərin tədbirə hazırlıq baxımından əlverişli şərait yaratdığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qara dənizdə gəmi dron hücumuna məruz qalıb

Next Article

COP31 iştirakçılarına viza proseduru sadələşdiriləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran müharibədə 4200 MVt elektrik gücü itirib

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:20 1082 baxış Zərər görən elektrik stansiyalarının gələn ilin yayına qədər bərpası planlaşdırılır Elpress.az xəbər verir ki, Müharibə nəticəsində İranda ümumilikdə 4200 meqavat elektrik generasiya gücü itirilib.İranın energetika naziri […]

Konqo DR-də Ebola sürətlə yayılır: yoluxma 300-ü keçdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:22 1213 baxış Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola virusu yoluxmalarının sayı 300-ü ötüb. Səhiyyə Nazirliyinin yaydığı son məlumatlara əsasən, ölüm halları artıq 48 nəfərə yüksəlib və vəziyyət ölkədə narahatlıq […]

Britaniyada ilin ən isti günü qeydə alınıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:18 1082 baxış Londonda temperatur 38,1 dərəcəyə yüksəlib, ölkədə yüksək temperaturla bağlı xəbərdarlıqlar verilib Elpress.az xəbər verir ki, Böyük Britaniyada davam edən isti hava dalğası fonunda ilin ən yüksək […]

Sumıda evə dron zərbəsi: ana və oğlu öldü

Aysel Əlibəyli 14 Avqust 2026 · 12:47 1068 baxış Rusiya ordusunun hücumu nəticəsində 29 yaşlı qadın və 9 yaşlı oğlu həyatını itirib Elpress.az xəbər verir ki, Ukraynanın Sumı vilayətində yaşayış evinə dronla endirilən zərbə nəticəsində […]