--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Taylandda Tanınmış Bloqerlərin Qəzaya Düşdüyü Anlar

Aysel Əlibəyli 04 İyun 2026 · 18:34 1208 baxış

Azərbaycanlı tanınmış bloqerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova istirahət məqsədilə səfər etdikləri Taylandda yol qəzası ilə üzləşiblər.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tanınmış bloqer Həsti Həsənova İnstaqram hesabında paylaşım edərək, həyat yoldaşı Vahid Həsənovla birlikdə Tayland səfərlərinin son günündə mopedlə ciddi yol qəzası keçirdiklərini bildirib.O qeyd edib ki, planlarına görə həmin gün artıq Bakıya qayıtmalı idilər, lakin adadakı son günlərində baş verən qəza hər şeyi dəyişib. Həsti Həsənovanın sözlərinə görə, hərəkət zamanı qəfil huşunu itirib və ayıldıqda mopedin aşdığını, özlərinin isə ağır vəziyyətdə yerdə uzandıqlarını görüb. Ətrafdakı insanların köməyi ilə ilkin yardım göstərilib, daha sonra təcili tibbi yardım çağırılıb və Vahid Həsənov əməliyyata götürülüb.Bloqer həmin an yaşadıqları şokun çox ağır olduğunu, bədənində güclü stress və iflicə bənzər vəziyyət yarandığını da vurğulayıb. Onun sözlərinə görə, Vahid Həsənovun 9 qabırğası, körpücük sümüyü və çiynində sınıq və çatlar aşkarlanıb, hazırda isə hərəkət etməsi və gündəlik fəaliyyətləri belə ciddi çətinliklərlə müşayiət olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Next Article

Bakıda yeni Braziliya səfiri işə başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xətaidə anbarda yanğın baş verib

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:29 1102 baxış “NZS” ərazisində təkər tullantılarının saxlanıldığı anbarda yanğın başlayıb Elpress.az xəbər verir ki, Bakının Xətai rayonunda yerləşən “NZS” ərazisində yanğın hadisəsi qeydə alınıb.Yanğın təkər tullantılarının toplandığı anbarda […]

Qubada torpaq mübahisəsi zamanı qadının əli yaralanıb

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:20 1090 baxış Qubanın Dağlı kəndində iki qonşu arasında torpaq məsələsinə görə yaranan mübahisə məhkəmə ilə yekunlaşıb. Hadisə zamanı qadının əlindən xəsarət aldığı bildirilir. Elpress.az xəbər verir ki, Lent.az-ın […]

Ağdamda minalanmış ərazidə yanğın

Aysel Əlibəyli 19 İyul 2026 · 17:11 1134 baxış Ağdamda minalanmış ərazidə başlayan yanğının söndürülməsi davam edir Elpress.az xəbər verir ki, Ağdam rayonu istiqamətində, Ağdam–Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar […]

Qaradağda oğurluq edən 3 nəfər saxlanılıb

Aysel Əlibəyli 20 İyul 2026 · 16:37 1102 baxış Qaradağda avtomobildən 19 800 manat oğurlandı Elpress.az xəbər verir ki, Qaradağ rayonunda baş verən iki ayrı oğurluq hadisəsi ilə bağlı üç nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin […]