--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Narkotik əməliyyatlarında 6 nəfər saxlanılıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 15:20 1094 baxış

Əməliyyatlar zamanı 132 kiloqram narkotik və 6080 ədəd həb aşkarlanıb

Elpress.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.Bakı şəhəri, Abşeron, Hacıqabul, Cəlilabad və Füzuli rayonlarında həyata keçirilən tədbirlər nəticəsində əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş V.Ağayev, H.Məmmədov, Z.Əliyev, Ə.Həsənov, A.Zeynalov və E.Bağırov saxlanılıb.Saxlanılan şəxslərdən ümumilikdə 132 kiloqram narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həb götürülüb.Araşdırmalar zamanı onların xaricdə yaşayan narkotik alverçilərinin tapşırıqları əsasında ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyənləşdirilib.Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskvada universitetlər bomba xəbərdarlığına görə boşaldılıb

Next Article

Babək Rayon İcra Hakimiyyətində rəhbər dəyişikliyi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Həcc ziyarəti üçün son zəvvar qrupu Məkkəyə çatdı

Elşən 22 May 2026 · 09:27 1144 baxış Elpress.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, azərbaycanlı zəvvarları daşıyan yeddinci və son təyyarə artıq […]

Rusiyadan Azərbaycana iki təqsirləndirilən şəxs ekstradisiya olunub

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:33 1072 baxış Hərbi xidmətdən yayınma və dələduzluqda şübhəli bilinən şəxslər Azərbaycana gətirilib Elpress.az xəbər verir ki, Rusiya ərazisində saxlanılan iki Azərbaycan vətəndaşı istintaq tədbirlərinin davam etdirilməsi üçün ölkəyə […]

Gəncədə qadın bıçaqlanaraq öldürülüb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:32 1060 baxış Bazarda işləyən qadının ölümündə oğlu şübhəli bilinir Elpress.az xəbər verir ki, Gəncədə ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.Hadisə şəhər ərazisindəki bazarlardan birində qeydə alınıb. Bazarda yerləşən […]