--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Baş Prokurorluqda intizam tədbirləri: 8 əməkdaş məsuliyyətə cəlb edildi

Aysel Əlibəyli 25 İyul 2026 · 01:25 1088 baxış

Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2026-cı ilin ilk altı ayının yekunlarına həsr olunan geniş kollegiya iclasında prokurorluq orqanlarının fəaliyyəti və kadr məsələləri müzakirə olunub.

Elpress.az xəbər verir ki, iclasda bildirilib ki, hesabat dövründə aparılan xidməti yoxlamalar nəticəsində intizam qaydalarını pozan 8 prokurorluq əməkdaşı barəsində müvafiq tədbirlər görülüb. Onlardan 6 nəfərə töhmət və ya şiddətli töhmət verilib, 2 əməkdaş isə tutduğu vəzifədən azad edilib.Kollegiyada qeyd olunub ki, kadr siyasətinin təkmilləşdirilməsi istiqamətində də ardıcıl işlər davam etdirilib. Nümunəvi xidmətlərinə görə 110 prokurorluq işçisi mükafatlandırılıb.

Bununla yanaşı, prokurorluq orqanlarında vakant yerlərin komplektləşdirilməsi məqsədilə işə qəbul prosesinin davam etdirildiyi, cari ilin ilk yarısında 30 ştat vahidi üzrə 28-ci müsabiqənin elan olunduğu diqqətə çatdırılıb. Bu addımın peşəkar və hazırlıqlı kadrların prokurorluq orqanlarına cəlb edilməsinə xidmət etdiyi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şamaxıda COP31-ə hazırlıq çərçivəsində üçüncü qeyri-rəsmi iqlim məsləhətləşmələri keçirilib

Next Article

Çimərliyə yollananlar üçün hava proqnozu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda ərini öldürən qadına 12 il həbs cəzası verilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:10 1079 baxış Elmira Əliyeva ərini ov tüfəngi ilə qətlə yetirib meyitini evinin həyətində basdırıb Elpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın […]

İlk meyit donor ürəyi köçürülən gənc vəfat edib

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 16:17 1082 baxış Tovuz rayon sakini Rəşad Məmmədəliyev dünyasını dəyişib. O, Azərbaycanda meyit donordan ürək köçürülən ilk xəstə kimi tanınır. Elpress.az xəbər verir ki, APA-nın məlumatına görə, gəncin həkimə […]

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdi

Aysel Əlibəyli 10 İyul 2026 · 21:46 1108 baxış Bakı Apellyasiya Məhkəməsində müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. Elpress.az xəbər verir ki, İyulun 10-da Bakı Apellyasiya […]