--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Məktəbdə kimyəvi məhlul təhlükəsi: 8-ci sinif şagirdi xəsarət aldı

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:30 1094 baxış

Masallı şəhərində yerləşən orta məktəblərdən birində şagird kimya dərsi zamanı baş verən hadisə nəticəsində xəsarət alıb. Hadisə sentyabrın 30-da 3 saylı orta məktəbin 8-ci sinfində qeydə alınıb.

Elpress.az xəbər verir ki, hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Məlumata görə, kimya dərsi zamanı keçirilən təcrübə vaxtı istifadə olunan məhlul stolun üzərinə tökülüb. Dərs başa çatdıqdan sonra şagirdlərdən biri dağılan mayeni təmizləmək istəyib.Məhlula toxunduğu zaman onun iyindən gözləri göynəyən şagird ehtiyatsızlıqdan əli ilə gözünü silib. Nəticədə kimyəvi maddə onun gözünə düşüb.Şagird ilkin tibbi yardım göstərilməsi üçün Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra valideynləri tərəfindən Bakıya gətirilən məktəbli burada tibbi müayinədən keçirilib və vəziyyəti qiymətləndirildikdən sonra evə buraxılıb.

Məlumata əsasən, uşaq hadisə zamanı Masallı rayonunda babasının himayəsində olub. Valideynləri Bakıda yaşadıqları üçün hadisədən sonra rayona gələrək övladlarını paytaxta aparıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xankəndidə tələbələr üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

Next Article

TDT ölkələri iqtisadi əməkdaşlığı genişləndirir: qarşılıqlı ticarətdə yeni hədəf

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yevlaxda güllələnən 64 yaşlı kişi həyatını itirdi

Aysel Əlibəyli 18 İyun 2026 · 12:08 1181 baxış Elpress.az xəbər verir ki, hadisə iyunun 17-də axşam saatlarında rayonun Əkşəm kəndi ərazisində baş verib. Məlumata görə, Mingəçevir şəhər sakini, 1962-ci il təvəllüdlü Əjdər Pirimov atasına […]

“Sea Breeze”də 4 yaşlı uşaq faciəli şəkildə həyatını itirdi

Aysel Əlibəyli 15 Avqust 2026 · 06:25 1082 baxış Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində faciə baş verib. Elpress.az xəbər verir ki, “112” qaynar telefon xəttinə istirahət mərkəzinin hovuzunda azyaşlı uşağın […]

Sabunçuda 19 kiloqram marixuana dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 03 İyul 2026 · 14:51 1138 baxış Sabunçu rayonunda polis əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb, iki nəfər məsuliyyətə cəlb edilib. Elpress.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin […]