--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

TDT ölkələri iqtisadi əməkdaşlığı genişləndirir: qarşılıqlı ticarətdə yeni hədəf

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:36 1040 baxış

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Təşkilata üzv və iştirakçı ölkələr arasında əməkdaşlıq 60-dan artıq sahəni əhatə edir ki, bunların mühüm hissəsi iqtisadiyyatla bağlıdır.

Elpress.az xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Omuralıyev bildirib.

Onun sözlərinə görə, ölkələr arasında iqtisadi münasibətlərin inkişafında Türk Dövlətləri Ticarət və Sənaye Palatası ilə yanaşı, bu il fəaliyyətə başlayan Türk İnvestisiya Fondu da mühüm rol oynayır. Fondun kapitalı 600 milyon dollar təşkil edir.

Baş katib qeyd edib ki, TDT ölkələrinin ümumi xarici ticarət dövriyyəsi təxminən 1,2 trilyon dollardır. Bir neçə il əvvəl təşkilat ölkələri arasındakı qarşılıqlı ticarətin ümumi dövriyyədə payı 3 faiz civarında olduğu halda, hazırda bu göstərici 7 faizə yüksəlib. Yaxın perspektivdə onun 10 faizə çatdırılması gözlənilir.

Omuralıyev iqtisadi-ticari əlaqələrin inkişafı üçün hüquqi bazanın da təkmilləşdirildiyini deyib. Xüsusilə elektron ticarətlə bağlı sazişin ratifikasiya olunması qarşılıqlı ticarətin genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

TDT çərçivəsində rəqəmsallaşma və süni intellekt sahələrinə də xüsusi diqqət yetirilir. Baş katib Türküstanda keçirilən sammitdə bu istiqamətlərin əsas müzakirə mövzularından biri olduğunu bildirib. O, kosmik sahədə əməkdaşlığı, o cümlədən birgə peyk layihəsinin hazırlanmasını perspektivli istiqamətlərdən biri kimi qeyd edib.

Rəqəmsal infrastrukturla bağlı Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə rabitə xəttinin çəkilməsi layihəsinin də əhəmiyyətli olduğu vurğulanıb. Layihənin regionda rəqəmsal əlaqələrin gücləndirilməsinə imkan verəcəyi bildirilir.

Baş katib Orta Dəhlizin inkişaf perspektivlərinə də toxunub. Onun sözlərinə görə, Zəngəzur dəhlizi və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi yeni nəqliyyat bağlantılarının yaradılması marşrutun imkanlarını daha da genişləndirə bilər.

Omuralıyev Orta Dəhlizin inkişafını müasir dövrdə tarixi İpək Yolunun yenidən canlandırılması ilə əlaqələndirib və nəqliyyat əməkdaşlığının gələcəkdə də TDT ölkələri üçün mühüm istiqamətlərdən biri olaraq qalacağını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məktəbdə kimyəvi məhlul təhlükəsi: 8-ci sinif şagirdi xəsarət aldı

Next Article

Heydər Əliyev Mərkəzindən Çinə xüsusi jest

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nyu-York birjasında təbii qaz bahalaşıb

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 09:40 1134 baxış Oktyabr fyuçerslərinin qiyməti 1 milyon BTU üçün 2,84 dollara yüksəlib Elpress.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz üzrə fyuçerslərin qiymətində artım qeydə alınıb.2026-cı […]

Azərbaycan–Çexiya əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 22 İyul 2026 · 18:31 1094 baxış Elpress.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurası sədrinin müavini Peter Singr ilə görüş keçirib. Görüş […]

Avropa “Big Tech” asılılığını azaltmağa çalışır

Aysel Əlibəyli 27 Avqust 2026 · 17:27 1038 baxış Aİ rəqəmsal bazarda nəhəng şirkətlərin dominantlığını interoperabellik vasitəsilə zəiflətməyi nəzərdən keçirir Elpress.az xəbər verir ki, Avropa İttifaqında rəqəmsal suverenliyin gücləndirilməsi istiqamətində yeni yanaşmalar müzakirə olunur. Bu […]

Unun topdansatış qiyməti bahalaşıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:27 1060 baxış Azərbaycanda 50 kiloqramlıq unun topdansatış qiyməti 29,40 manata yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda 50 kiloqramlıq un kisələrinin topdansatış qiymətləri açıqlanıb.Avqustun 10-dan qüvvədə olan qiymətlərə əsasən, […]